Ermәnistanın müharibә cinayәtlәri hazırlanan hesabatla dünyaya tәqdim edilәcәk

Türkiyәnin Ombudsman İdarәsi  Ermәnistan ordusunun  Azәrbaycanın Dağlıq Qarabağ bölgәsindә törәtdiyi hәrbi cinayәtlәrlә bağlı hesabat hazırlayıb.

1534970
Ermәnistanın müharibә cinayәtlәri hazırlanan hesabatla dünyaya tәqdim edilәcәk

Türkiyәnin Ombudsman İdarәsi  Ermәnistan ordusunun  Azәrbaycanın Dağlıq Qarabağ bölgәsindә törәtdiyi hәrbi cinayәtlәrlә bağlı hesabat hazırlayıb.

Bu barәdә Türkiyәnin Baş Ombudsmanı Şәrәf Malkoç mәlumat verib. Şәrәf Malkoç hazırlanan hesabatın bu hәftәdәn etibarәn Türkiyә vә dünyadakı müvafiq qurum vә quruluşlar ilә Avropa İttifaqına üzv ölkәlәrin parlamentlәrinin insan hüquqları üzrә komissiyalarına göndәrәcәklәrini bildirib.

Hesabat hazırlanarkәn Azәrbaycana sәfәr edәrәk Ermәnistan ordusunun hücumları nәticәsindә zәrәr görәn mülki yaşayış mәntәqәlәrinә baş çәkdiyini bildirәn Malkoç Ermәnistanın hücumları nәticәsindә 94 mülki vәtәndaşın hәyatını itirdiyini, 414-nün dә yaralandığını bildirib: "Azərbaycana səfərimiz zamanı xüsusilə Gəncə, Tərtər, Goranboy, Ağdam hətta Bakı ətrafında raketlərlə vurulan yerlərə baş çekdik. Gəncə hərb meydanının kilometrlərlə uzaqda olmasına baxmayaraq Ermənistandan atılan raketlerlə vuruldu, Tərtər də eləcə. Hamımız müharibənin baş verməyəcəyinə ümid edirik. Ancaq beynəlxalq hüquqa görə müharibə özünümüdafiə və buna bənzər səbəblərdən cəbhədə ola bilər. Ancaq müharibə cəbhəsindən 100-150 kilometr məsafədə mülki yaşayış məntəqələrini vurmaq insanlığa qarşı cinayətdir. Bu, Avropa İnsan Hüquqları Konvensiyasında, Cenevrə Konvensiyasında ifadə olunan əsas hüquqlara qarşı cinayətdir. Azərbaycandakı hücumların acınacaqlı nəticələrinin şahidi olduq. Hücumlar nəticəsində ölənlərin yaxınları ilə, yaralananlarla danışdıq. Anasını və atasını itirən uşaqlarla danışdıq. Yıxılan məktəbləri və evləri gördük. Bu hücumlar nəticəsində ibadət yerlərinə ziyan vurulduğunu gördük. Ətrafın necə dağıldığını, qadağan edilmiş silah və bombalardan necə istifadə edildiyini gördük. Hesabatda hamısını izah etdik. 7 fəsildən ibarət olan hesabatda "Dağlıq Qarabağ problemi", "Yerində araşdırma nəticəsində qəbul edilən qərarlar", "Münaqişələrin insan hüquqları baxımından qiymətləndirilməsi" kimi başlıqlar yer alıb. Bundan başqa hesabatımızda Ermənistan silahlı qüvvələrinin həyata keçirdiyi hücumların xronoloji siyahısını təqdim etdik.

Ermənistan silahlı qüvvələrinin hücumları nəticəsində həyatını itirən və şəhid edilən dinc sakinlərin fotolarını ayrıca araşdırdıq. Hazırladığımız hesabatla tarixdə bir qeyd olmasını istədik. Mülki vətəndaşları qətlə yetirənlərin, gecə saat 01: 00-da bir yaşındakı körpələri və ya yaşlıları, müharibə ilə əlaqəsi olmayanları öldürənlərin aşkarlanaraq, bunların beynəlxalq məhkəmələrdə mühakimə edilməsi üçün cəhd göstərməyə çalışdıq. Raportu bu həftədən etibarən Türkiyədəki aidiyyəti olan qurum və təşkilatlara, dünyadakı bütün insan haqları qurumlarına, ombudsmanlara və insan haqları müdafiəçilərinə göndərəcəyik, Avropa İttifaqı ölkələrinin parlamentlərinin insan haqları komissiyalarına göndərəcəyik. Ayrıca Azərbaycana da göndərəcəyik. İnsanlıq və insan haqları adına məsuliyyətimizi yerinə yetirməyə çalışdıq. Bundan sonrakı proses digər beynəlxalq qurumların öhdəsindədir. Əlbətdə ki, cinayətkarları, mülki şəxslərin qatillərini, Cenevrə Konvensiyasını, Avropa İnsan Hüquqları Konvensiyasını və İnsan Haqları Bəyannaməsini pozanları mühakimə etmək üçün prokurorların, məhkəmələrin hüzuruna çıxarmaq, əlbəttə başqalarının da üzərindədir. Bizim vəzifəmiz bunları qeydiyyata almaqdır. 

Ermənistan hərbi cinayətlər törətməsinə baxmayaraq məsuliyyət daşımayacağını düşünür. Unutduqları bir şey var, indi dünya köhnə dünya deyil, Azərbaycan köhnə Azərbaycan deyil, Türkiyə köhnə Türkiyə deyil. Bu səbəbdən indiyə qədər onları ərköyün edib qoruyanlar, bundan sonra bunu edə bilməyəcəklər. Lakin bu hesabat Ermənistanın insan haqları pozuntularına qarşı beynəlxalq mühakimə olunmasında dəlil olacaq. Ermənistanın noyabrın 10-da qüvvəyə minən atəşkəsdən sonra ərazilərdən çıxması ilə işğal etdiyi təxribat ortaya çıxdı. Dağıntılar işğal olunmuş ərazilərdə baş verdi. Şuşada, Ağdamda, Tərtərdə və Kəlbəcərdə tarixə qarşı törətdikləri cinayətlər var. Məscidləri donuz tövləsinə çevirdilər, müsəlmanların qəbirlərini dağıtdılar. Bu olacaq işdi? Xocalıdakı qətliamın və ya bənzər qətliamların, bunların hamısının cavabını verəcəklər ki, bundan sonra belə səhv işlərə əl atmasınlar.
Hesabatda  Ermənistanın münaqişə bölgələrindən uzaq ərazilərdəki mülki yaşayış məntəqələrini hədəf aldığı, Ermənistan Silahlı Qüvvələrinin həm mülki şəxslərin yaşamaq hüquqlarını pozduğu, həm də Beynəlxalq Humanitar Qanun çərçivəsində müharibə cinayətləri törətdiği qeyd olunub.
Hesabatda raketlərlə vurulan mülki yaşayış yerlərinin fotoşəkilləri, dağıntılar təqdim edilib. Yararsız vəziyyətə düşmüş mülki obyektlərin sayı 512, çoxmənzilli yaşayış binalarının sayı 120, yaşayış evlərinin sayı isə 3 410-dir. Hücumlar nəticəsində qohumlarını itirənlərlə keçirilən görüşlər də hesabatda izah olunub. Gəncədəki evin ziyarətinə dair hücumda anasını, atasını və nənəsini itirən 2 yaşlı Nilayın xalası ilə tanış olduq. Xalası Nilayın anasının hamilə olduğunu, doğulmamış qardaşını itirən Nilayın daim ağladığını öyrəndik".



Әlaqәli Xәbәrlәr