Türkiyə bu haqq işin müdafiəsində olacaq

Türkiyə Xarici İşlər Nazirliyi İsrailin xarici işlər naziri Yisrael Katzın sosial şəbəkədəki paylaşımı ilə bağlı yazılı açıqlama verib ...

2138789
Türkiyə bu haqq işin müdafiəsində olacaq

 

  Türkiyə bəyan edib ki, “Ekstremist İsrail hökumətinin soyqırım siyasəti” indi həm fələstinlilər, həm də israillilər üçün təhlükəyə çevrilib”.

  Türkiyə Xarici İşlər Nazirliyi İsrailin xarici işlər naziri Yisrael Katzın sosial şəbəkədəki paylaşımı ilə bağlı yazılı açıqlama verib: "Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İsrailin fələstinlilərə qarşı törətdiyi bağışlanmaz cinayətləri cəsarətlə qınayır.

  İsrailin törətdiyi qırğına son qoymaq üçün Türkiyə aramsız səylər göstərir və beynəlxalq ictimaiyyət tərəfindən İsraili təcrid etmək üçün qətiyyətli addımlar atır.

  Bəzi israilli siyasətçilərin əsassız iddialarla Türkiyəni və prezident Ərdoğanı hörmətsiz şəkildə hədəf almasının da əsl səbəbi budur.

  Ekstremist İsrail hökumətinin soyqırım siyasəti indi həm fələstinlilər, həm də israillilər üçün təhlükəyə çevrilib.

  Türkiyə İsrailin fələstinlilərə qarşı irqçi və ədalətsiz siyasətini gündəliyə çıxarmağa davam edəcək.

  Fələstinlilər öz torpaqlarında öz dövlətini qurana qədər Türkiyə bu haqq işin müdafiəsində olacaq”.

 



Әlaqәli Xәbәrlәr