Kudrət Özersay Kiriakos Miçotakisin açıqlamalarına reaksiya göstərdi

Şimali Kıbrıs (Kipr) Türk Cümhuriyyəti (ŞKTC) baş nazirinin müavini və xarici işlər naziri Kudrət Özersay Yunanıstanın baş naziri Kiriakos Miçotakisin Kıbrıs Rum tərəfinə reallaşdırdığı ilk səfərində verdiyi açıqlamalara reaksiya göstərdi.

1244561
Kudrət Özersay Kiriakos Miçotakisin açıqlamalarına reaksiya göstərdi

Şimali Kıbrıs (Kipr) Türk Cümhuriyyəti (ŞKTC) baş nazirinin müavini və xarici işlər naziri Kudrət Özersay Yunanıstanın baş naziri Kiriakos Miçotakisin Kıbrıs Rum tərəfinə reallaşdırdığı ilk səfərində verdiyi açıqlamalara reaksiya göstərdi.

Özersay “Miçotakis Kıbrısa reallaşdırdığı ilk səfərində son dərəcə bədbəxt açıqlamalar verdi” dedi. 

Miçotakisin “Yunanıstanın strateji hədəfinin buradaki Türkiyə əsgərinin dırnaqarası işğalına son qoymaq və ortadan qaldırmaq olduğunu” söylədiyini xatırladan Özersay bildirdi ki, burada Türk əsgərinin mövcudluğuna səbəb olanın Yunanıstanın şəxsən özünün 15 iyul 1974-cu il tarixində bu Adada həyata keçirdiyi çevriliş olduğunu, Yunanıstanın xüsusilə özünün bir işğal təşəbbüsü qarşısında Türk əsgərinin buraya gəldiyini heç kəsə unutdurmağa haqlarının olmadığını onlara xatırladıram. Türk əsgərinin buradaki mövcudluğu Yunanıstanın çevriliş cəhdi və işğal təşəbbüsünün nəticəsidir. Bunu heç vaxt unutmamasını ona tövsiyə edirəm. Əgər bir işğal axtarırsa  “Kıbrıs Cümhuriyyəti” dedikləri dövlətin Kıbrıslı rumlar tərəfindən işğalına baxmasını tövsiyə edirəm.

Şimali Kıbrıs Türk Cümhuriyyəti (ŞKTC) baş nazirinin müavini və xarici işlər naziri Kudrət Özersay Şərqi Aralıq dənizindəki vəziyyətə də toxunaraq dedi:

“Şərq Aralıq dənizdə Şimali Kıbrıs ilə Türkiyə Cümhuriyyəti arasında qəbul edilən müqavilələrdən və verilən lisenziyalardan hərəkətlə, apardığımız dəniz səlahiyyət sahələrindəki fəaliyyətlərimizi də qeyri-qanuni fəaliyyətlər kimi səciyyələndirən Yunanıstan baş nazirinə əgər qeyri-qanuni bir fəaliyyət və ya aksiya axtarırsa kıbrıslı rumların yenə Şərqi Aralıq dənizi bölgəsində təktərəfli olaraq Kıbrıslı türklərin hüquqlarını qəsb edərək atdıqları addımlara baxmasını tövsiyə edirəm”.



Әlaqәli Xәbәrlәr