Türkiyǝnin Mǝdǝniyyǝt Xǝzinǝlǝri 45/2016

Mustafa Kәmal Atatürkün mavzoleyi-  Anıtqәbir

623891
Türkiyǝnin Mǝdǝniyyǝt Xǝzinǝlǝri 45/2016

                Türkiyәnin mәdәniyyәt xәzinәlәri verilişindә bu hәftә sizә Türkiyә Respublikasının banisi Mustafa Kәmal Atatürkün mavzoleyi-  Anıtqәbiri tanıdacağıq.

Atatürk vәfat etmәzdәn әvvәl  ‘‘Mənim ən böyük əsərim Respublikadır" deyərək irsinә işarə etmişdi.

Türkiyә Respublikasının banisi  İstanbulda Dolmabaxça sarayında 1938-ci il noyabrın 10-da  dünyasını dәyişdi.

O,  böyük  mübarizə, әmәk vә inqilablar nәticәsindә  formalaşdırdığı   müasir Cümhuriyyəti Türk millətinə əmanət etdi.

 Onun ölümü Türk millәtini kədərə boğdu. Dolmabaxça sarayında hazırlanan katafalkın önündən bütün İstanbul xalqı  kədərlə ağlayaraq keçdi.

Mustafa Kamal Atatürkün  cənazəsi  müvəqqəti olaraq Ankara Etnoqrafiya Muzeyində dəfn edilmiş,  movzoleyi  tikildikdən sonra  1953-cü ildә oraya köçürülmüşdür.                                            

Ankara xalqı Atatürkә  duyduğu minnətdarlığı  Anıtqәbirә köçürüldüyü  zaman  göstərdi.

    Anıtqəbirin inşa edilməsindən әvvәl müşahidə məntəqəsi yerləşdiyinə görə hazırda abidənin yerləşdiyi Anıttəpənin adı Rasattəpə (Müşahidə təpəsi) idi. 

 Qurtuluş Müharibәsi vә inqilablarla bağlı әsәrlәrin sәrgilәndiyi nәhәng kompleksә çevrilәn Anıtqәbir müzeyini  günümüzdә çox sayda yerli vә xaricdәn gәlәn turist ziyarәt edir.

    Anıtqәbir  Ankaraya gәlәn turistlәrin   ilk  görmәk istәdiyi  mәkandır.

Anıtqәbirdә  1960-cı  ildən etibarən Atatürkə aid şəxsi əşyalar, xarici dövlət başçılarının ona verdiyi hədiyyələr  də nümayiş olunur.

Ankaraya səfər edən xarici dövlət  rәsmilәri   protokol çәrçivәsindә  mütləq mavzoleyi ziyarət edir vә xatirә dәftәrinә ürәk sözlәrini yazır.

Ankaranın demәk olar ki,  hәr yerindәn görünәn mavzoley şәhәrin әn diqqәt çәkәn mәkanlarındandır.

Türkiyә Respublikasının banisi Ulu ondәr Atatürkü bir daha  yad edirik vә Türk xalqına bәxş etdiyi  Respublika vә Demokratiya ilә fәxr edirik.

Әziz dinlәyicilәr  günün birindә yolunuz Ankaraya düşsә Anıtqәbiri ziyarәt etmәnizi tövsiyyә edirik.

 


Etiketlәr: #Anıtqәbir

Әlaqәli Xәbәrlәr