Türkiyǝnin Mǝdǝniyyǝt Xǝzinǝlǝri 47/2016

‘‘Türkiyənin mədəniyyət xəzinələri’’ verilişindә bu hәftә sizә  İstanbulun ən mühüm tarixi əsərlərindən biri olan Dolmabaxça Sarayını tanıdacağıq.

627062
Türkiyǝnin Mǝdǝniyyǝt Xǝzinǝlǝri 47/2016

 ‘‘Türkiyənin mədəniyyət xəzinələri’’ verilişindә bu hәftә sizә  İstanbulun ən mühüm tarixi əsərlərindən biri olan Dolmabaxça Sarayını tanıdacağıq.

Osmanlı İmperiyası uzun  müddət Topqapı Sarayından idarə edilib. Padşahlar, ailələri, dövlәt universiteti  Enderun da  mәhs burda yerlәşirdi. 

19-cu yuzildә Topqapı Sarayı  dünyanın dəyişən şərtlərinə artıq cavab vermirdi.

 Böyük  dünya dövləti olan Osmanlı İmperiyasının o dövrdәki padşahı Əbdülmәcid  dövlətin əzəmətini göstərəcək müasir sarayın  inşasına qərar verir.

 Qərb mədəniyyətinə yad olmayan padşah sarayın hazırki yerdә inşa edilmәsinә qәrar verir.

Avropa memarlıq  üslubları tәtbiq olunaraq  1844 –1855–ci illərdə  inşa edilәn sarayın  memarı erməni Karapet  Balayandır.

Sarayın inşasına 5 milyon qızıl xәrclәnib.

Böyük fədakarlıqlarla inşa edilən sarayda Sultan yalnız 5 il yaşaya bildi. Sonra taxta çıxan  Sultan Əbdüləziz qardaşı qədər qərb ehtirasına malik deyildi.

Yerli memarlıq  üslubuna  üstünlük verәn  Əbdüləziz dövründə saraydakı xərclər artdı.

Əbdüləzizdәn  sonra taxta keçən Sultan Əbdülhəmid sarayda bir ilə yaxın qaldıqdan sonra Ulduz Sarayını istifadə etməyə başladı.

Beləliklə  böyük xərclərlə  inşa edilən saray çox istifadə edilmədən tarixdəki yerini tutdu….

Son padşah Vəhdətin də Ulduz sarayını istifadə edib.

Padşah Vәhdәddin Dolmabağça sarayını sadәcә sәfәrә  çıxdığı zaman  istifadә edirdi.

Son Xəlifə Əbdülmәcid  də ölkəni tərk etməzdən əvvəl Dolmabaxça sarayında yaşayırdı.

Cümhuriyyətin qurulması ilə saray Atatürk tərəfindən də istifadə edilib. Burada Dil qurultayı kimi mühüm tarixi hadisələr həyata keçirildi. Mustafa Kamal Atatürk 1938-ci il noyabrın 10-da  Dolmabaxça sarayında vəfat etdi.

Hazırda muzey kimi fәaliyyәt göstәrәn  Dolmabaxça sarayını hәr gün hәm ölkә daxilindәn hәm dә xaricindәn  minlәrlә turist ziyarәt edir.

Dəniz tərəfindən baxdıqda saray   qərb görünüşünә  sahibdir lakin  quru tərəfindən baxıldığı zaman   şәrq üslubu ilә diqqәt çәkir.

Mühüm tədbirlərin həyata keçirildiyi orta hissədə yerlәşәn  ‘‘Mərasim’’  binası hündür qübbəsi və bəzәklәri  ilə görənlərin diqqәtlәrini cәlb edir.

Müxtәlif rәssamlara aid tablolar sarayın divarlarını bәzәyir.

Sarayın Padşahın ailəsiylə birlikdə yaşadığı hərəmxana hissәsini dә  günümüzdə gәzmәk  mümkündür.

Sarayda 285 otaq və 45 zal vardır.

Әziz dinlәyicilәr  Dolmabaxça  sarayını  günün birindә ziyarәt etmәnizi tövsiyyә edirik.

 

 

 

 



Әlaqәli Xәbәrlәr