TİKA-nın fəaliyyətləri-03/2019

Bu günə qədər 4.250 layihəni həyata keçirən TİKA Kolumbiya, Fələstin, Nigeriya, Makedoniya, Albaniya, Əfqanıstan və daha bir sıra ölkədə yeni təhsil müəssisələri yaratmış, son 5 ildə 1000-dən çox məktəb inşa və bərpa etmişdir.

1131342
TİKA-nın fəaliyyətləri-03/2019

Bu günə qədər peşə kursları da daxil olmaqla, təhsil sahəsində təxminən 4.250 layihəni həyata keçirən TİKA Kolumbiya, Fələstin, Nigeriya, Makedoniya, Albaniya, Əfqanıstan və daha bir sıra ölkədə yeni təhsil müəssisələri yaratmış, son 5 ildə 1000-dən çox məktəb inşa və bərpa etmişdir.

TİKA yoxsulluğun azaldılmasının, əyalətlərin inkişafı və qadınların işlə təmin olunmasına dəstək olmağın, qida təhlükəsizliyinin təmininə dəstəyin, əhalinin yoxsul təbəqəsinin gəlirini artıran fəaliyyətlərə töhfə verilməsinin gündəmdə tutulması düşüncəsindən hərəkərə edərək kənd təsərrüfatı və heyvandarlıq sahələrində funksional layihələr həyata keçirir.

Afrika qitəsindəki quraqlıqlara qarşı tədbirlər görmək və Afrika ölkələrinin malik olduğu zənginliklərdən xalqın bəhrələnməsi üçün Somalinin paytaxtı Mogadişuda yaradılan kənd təsərrüfatı məktəbi bu gün bölgəyə müasir kənd təsərrüfatı metodlarını və texnologiyasını tanıdan bir fakültə olmuşdur.

Bir sıra balkan ölkəsində kənd təsərrüfatının inkişafına istiqamətləndirilmiş uzun perspektivli layihələr həyata keçirən TİKA yoxsul ailələrin və kiçik istehsalçıların gəlirlərininəhəmiyyətli dərəcədə artırılmasını təmin edir.

TİKA-nın digər prioritet fəaliyyət sahəsini isə fərqli sahələrdə verilən ixtisas təlimləri ilə dəstəklənən müasir istehsal müəssissələri təşkil edir.

Qəzzada TİKA tərəfindən qurulan Abasan zeytun yağı istehsal müəssisəsi bölgənin məşğuliyyətinə və iqtisadiyyatına töhfə verməsi baxımından nümunəvi bir layihədir. Müəssisədə 2017-ci ildən etibarən 3100 qəzzalı əkinçi işlə təmin olunub. 2016-cı ildə burada təxminən 5000 ton zeytun yağı istehsal edilib və Abasan bələdiyyəsi hər tonda təxminən 100 ABŞ dolları gəlir əldə edib.

 Yeni yanaşma: İnkişafa Yardımın Türk Modeli

TİKA yaratdığı İnkişafa Yardımın Türk Modeli ilə ona bənzər yardım təşkilatları araslnda yeni bir yanaşma ortaya qoymuşdur. Yanaşmanın prinsipləri bunlardır:

  • Təmənnasız;
  • Səmimi;
  • Şəffaf;
  • İnsana mərkəzləşmiş;
  • Qarşılıqlı məsuliyyət;
  • Biliklərin mübadiləsi;
  • Tələbata mərkəzləşmiş;
  • Həllə mərkəzləşmiş

 

 

 


Etiketlәr: #TİKA

Әlaqәli Xәbәrlәr