"Türkiyə Təqaüdləri" proqramı-12/2019

“Təqaüd proqramından istifadə edəcək tələbələr üçün necə bir proses işləyir və tələbələrin hansı meyarlara görə seçildiklərinə dair məlumat

1167942
"Türkiyə Təqaüdləri" proqramı-12/2019

Ötən həftə Xaricdə Yaşayan Türklər və Əqrəba Topluluqları İdarəsinin ən əhəmiyyətli fəaliyyətlərindən biri olan "Türkiyə Təqaüdləri" proqramına dair bəzi ümumi məlumatlar vermişdik. Bu bölümdə sözügedən mövzunu davam etdirəcəyik və Təqaüd proqramından istifadə edəcək tələbələr üçün necə bir prosesin işlədiyindən və   hansı meyarlara görə seçildiklərinə dair məlumat verməyə çalışacağıq.

TƏLƏBLƏRİN SEÇİLMƏSİ

Tələbələrin seçilməsi prosesi "Türkiyə Təqaüdləri” üçün müraciət edənlər; namizədin akademik nailiyyətindən, tədris planından başqa fəaliyyətlərindən və digər peşəkar ixtisaslarından asılı olaraq qiymətləndirilir.  

1-İLKİN QİYMƏTLƏNDİRMƏ

Bütün müraciətlər; minimum akademik bal, yaş həddi, lazım olan sənədlər kimi meyarlar çərçivəsində tədqiq edilir.

2-SON SEÇİM

Uyğun qəbul edilən namizədlərin müraciətləri; akademik vəziyyət, keçmiş ixtisaslar, akademik maraqlar, karyera hədəfləri, seçimlərinin uyğunluğu, niyyət məktubunun məzmunu/qavrayışlı olması və sosial fəaliyyətlərdə iştirakı kimi bir sıra meyarlar çərçivəsində Mütəxəssis Komitə tərəfindən diqqətli şəkildə tədqiq edilir. Bu mərhələdən sonra şifahi imtahan prosesi üçün uyğun namizədlərin son siyahısı hazırlanır.

3-ŞİFAHİ İMTAHAN

100-dən çox ölkədən seçilərək son siyahıya salınan namizədlər  akademiklər və müxətəssislərdən ibarət şifahi imtahan komitələri tərəfindən qiymətləndirilir.

4-SEÇİM

Şifahi imtihan komitələri tərəfindən namizəd olaraq müəyyən edilən müraciət edənlərin imtihan nitəcələri bir seçki komitəsi tərəfindən qiymətləndirilir və təqaüd alacaq tələbələrin siyahısı hazırlanır.  

SEÇİM MEYARLARI

Kafi xüsusiyyətlərə malik olan tələbələr ölkələrində keçiriləcək şifahi imtahanlara dəvət olunur. Bəzi hallarda müraciət edənlərlə internet yaxud da telefon vasitəsilə şifahi imtahan keçirilir. İmtahan komitəsi ümumi olaraq ən az bir Türkiyə Təqaüdləri nümayəndəsi və Türkiyə univetlerindən olan bir akademikdən təşkil tapır.

Ümumilikdə 15-30 dəqiqə davam edən şifahi imtahan bu formata görə keçirilir:a- Qarşılama və giriş b-Sənədlərin yoxlanışı c-Namizədin müraciət məqsədinin öyrənilməsi d-Akademik məlumat və karyera hədəfləri ə- Bağlanış və namizəd tərəfindən komitəyə sual verilməsi.



Әlaqәli Xәbәrlәr