"Türkiyə Təqaüdləri" layihəsi - 13/2019
Xaricdə Yaşayan Türklər və Əqrəba İcmaları İdarəsinin ən əhəmiyyətli fəaliyyətlərindən biri olan "Türkiyə Təqaüdləri" proqramı çərçivəsindəki təqaüdlərin verilmə prosesi...

Ötən həftə Xaricdə Yaşayan Türklər və Əqrəba İcmaları İdarəsinin ən əhəmiyyətli fəaliyyətlərindən biri olan "Türkiyə Təqaüdləri" proqramı çərçivəsindəki təqaüdlərin verilmə prosesinə dair məlumatlar təqdim etmişdik. Bu bölümdə isə təqaüdlərin çərçivəsi və növlərinə toxunaraq, bununla da proqramımızda Türkiyənin Xaricdəki Türklər və Əqrəba İcmaları İdarəsilə (YTB) bağlı söhbətimiz başa çatacaq.
Təqaüdlərlə əlaqədar detallar
Təqaüdlər nələri əhatə edir?
1-Aylıq təqaüd:
Bakalavr pilləsi üçün aylıq: 700 TL (Türk lirəsi)
Magistratura pilləsi üçün aylıq: 950 TL
Doktorantura pilləsi üçün: 1400 TL
Araşdırma təqaüdü*: Aylıq 3000 TL
Türk dili üçün yay kursu proqramı üçün **: Aylıq 500 TL
Dövlət işçiləri və akademiklər üçün türkcə ünsiyyət proqramı***: Aylıq 2000 TL
*Araşdırma təqaüdləri sadəcə aylıq cib xərcliyindən ibarətdir.
** Türk dili üçün yay kursu proqramı da aylıq cib xərcliyi, yataqxana, tibbi sigorta, sosial və mədəniyyət fəaliyyətlərini əhatə edir.
***Dövlət işçiləri və akademiklər üçün türkcə ünsiyyət proqramı da aylıq cib xərcliyi, yataqxana, nəqliyyat xərcləri, sosial və mədəniyyət fəaliyyətlərini əhatə edir.
Bakalavriat, magistratura və doktorantur təqaüdləri; aylıq cib xərcliyilə yanaşı
2-Qəbul olunduğunuz univertitetin təhsil haqqından azad olunurzunuz və ödənişsiz/ pulsuz təhsil alırsınız.
3-Bu proqramla təhsil almaq haqqı qazandığınız zaman Türkiyəyə ilk dəfə gəlişiniz və məzun olduqdan sonra ölkədən son çıxışınız üçün sizə “Türkiyə Təqaüdləri” tərəfindən təyyarə biletləri alınır.
4-“Türkiyə Təqaüdləri” eyni zamanda sizi tibbi sığorta ilə təmin edir.
5-Pulsuz/ödənişsiz yataqxana və qidalanma ilə də təmin edilirsiniz.
6-Əgər türkcə imtahanından keçə bilməsəniz, akademik türkcəniz kifayət etməsə, bir il müddətində türkcə öyrənəcəksiniz. Bu müddət ərzində “Türkiyə Təqaüdləri” bütün imkanlarından eyni şəkildə yararlanacaq və təqaüd almağa davam edəcəksiniz.
Təqaüdlərin verilmə müddəti isə bələdir;
Bakalavriat pilləsində: 1 illik türkcə dərsi+6 illik təqaüd (proqramın normal müddətindən asılıdır)
Magistratura pilləsində: 1 illik türkcə dərsi+2 illik təqaüd
Doktorantura pilləsində: 1 illik türkcə dərsi+4 illik təqaüd
Araşdırma pilləsində: 3-12 aylıq təqaüd
Türkcə üçün yay məktəbi proqramı: 2 aylıq təqaüd
Dövlət işçiləri və akadəmiklər üçün türkcə ünsiyyət proqramı:8-10 aylıq təqaüd
Bakalavriat təqaüdləri
Bakalavriat təqaüd proqramı; bu pillədəki müraciət sahibləri üçün xüsusi olaraq planlaşdırılmış bir proqramdır. Mühəndislikdən səhiyyə sahəsinə, bəşəri elmlərdən sosial elmlərə qədər müəyyən edilmiş müxtəlif mövzu və dərslərlə maraqlanan şəxslər bu proqrama müraciət edə bilərlər. Mövcud kafedra və universitetlərlə tanış olmaq üçün Xaricdə Yaşayan Türklər və Əqrəba İcmaları İdarəsinin internet səhifəsinə baxa bilərsiniz.
Magistratura təqaüdləri
Ayrıca Türkiyənin etibarlı universitetlərində sosial elmlər, bəşəri elmlər, fənn elmləri və mühəndislik sahələrində magistratura və doktorantur pillələrində müxtəlif proqramlar təqdim edilir. Mövcud kafedra və universitetlərlə tanış olmaq üçün yenə Xaricdə Yaşayan Türklər və Əqrəba İcmaları İdarəsinin internet səhifəsinə baxa bilərsiniz.