Türkiyǝ mǝtbuatı, 28 mart 2022

Türkiyǝ mǝtbuatında dǝrc olunan bǝzi xǝbǝrlǝrin xülasǝsi.

1802830
Türkiyǝ mǝtbuatı, 28 mart 2022

"Haber Türk": “Rusiya-Ukrayna danışıqları İstanbulda keçiriləcək”

Prezident Rəcəb Tayyib Ərdoğanla Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub. Rusiya ilə Ukrayna arasında ən qısa zamanda atəşkəs və sülhün bərqərar olması və bölgədəki humanitar vəziyyətin yaxşılaşdırılmasının vacibliyini vurğulayan Ərdoğan Türkiyənin bu prosesdə mümkün olan hər şəkildə töhfə verməyə davam edəcəyini bildirib. Görüş zamanı danışıqların İstanbulda aparılması razılaşdırılıb.

"Sabah": Bu kitabça ilə Türkiyənin sülh diplomatiyası dünyaya təqdim ediləcək

Prezident Ərdoğanın Rusiya-Ukrayna böhranını dayandırmaq üçün diplomatik təmasları haqqında kitabça hazırlandı. "Türkiyənin sabitliyə töhfəsi: Sülh üçün çoxölçülü diplomatiya" adlı kitabçanın ön sözündə Ərdoğanın "Bu prosesdə göz ardı edilən ən kiçik problemin belə hansı fəlakətlərə səbəb ola biləcəyi bir daha ortaya çıxdı. Bu müharibə həm də təhlükəsizliyin və sabitliyin qorunması üçün yaradılan beynəlxalq strukturların daha təsirli olması və qətiyyətli addımlar atmasının vacibliyini bir daha ortaya qoydu” ifadələri yer alıb.

Star: Türkiyədən müttəfiqlərə açıq mesaj

Milli müdafiə naziri Hulusi Akar tarixin ən mühüm və uğurlu ittifaqı NATO-nun olduğunun hər kəsin məlumu olduğunu və daha güclü ittifaq olmaq üçün daha güclü üzvlərə ehtiyac duyulduğunu qeyd edərək, “Ancaq bu günlərdə müttəfiqlərimizin ədalətsiz ixrac məhdudiyyətləri təkcə Türkiyə deyil, həm də NATO-ya öz təsirini göstərir" dedi.

"Hürriyet": Maraqlı paylaşım, "Qızılalma" qanadlalandı

Türkiyənin pilotsuz uçuş aparatları istehsalçısı "Baykar Teknoloji"nin lideri Selçuk Bayraktar rəsmi "Twitter" hesabında istehsal mərkəzi ilə bağlı yeni paylaşımlar edib. Qızılalma Döyüş Pilotsuz Təyyarə Sisteminin (MİUS) yeni görüntülərinin də yer aldığı paylaşımda "Qızılalma"nın inkişaf modelinə qanadların bağlandığı görülüb. "Qızılalma"nın ilk uçuş testini 2023-cü ildə keçirməsi planlaşdırılır.

"Yeni Şafak": Anadoluda toxum, bitki və heyvan növləri qorunur

Kənd Təsərrüfatı və Meşə Nazirliyi Türkiyənin bioloji müxtəlifliyinin qorunması üçün cəhdlərini davam etdirir. Nazirlik bioloji müxtəlifliyin mühafizəsi çərçivəsində saxlanılan nümunələri biologiyasından asılı olaraq mühafizə edir. Bu çərçivədə Anadolunun toxum, bitki və heyvan növləri 32 gen bankında qorunur. Gen banklarında 318.000 material var.



Әlaqәli Xәbәrlәr