Türkiyə mətbuatı, 24 mart 2022

“Haber Türk”, “Vatan”, “Yeni Şafak”, “Star” və “Hürriyet” nələrdən yazır?

1800923
Türkiyə mətbuatı, 24 mart 2022

 

“Haber Türk”: Montrö vasvasılıqla həyata keçiriləcək

  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrlik etdiyi Milli Təhlükəsizlik Şurasının iclasından sonra açıqlanan bəyanatda bildirilir: “Türkiyə Qara dənizdə sülh və sabitliyin qorunmasına dair Montrö Konvensiyasının vasvasılıqla həyata keçirilməsi ilə yanaşı, vasitəçilik və asanlaşdırma səylərini davam etdirəcək".

“Vatan”: Bir şey edə biləcək yeganə ölkə Türkiyədir

  Hollandiyanın baş naziri Mark Ruttenin 10 ildən sonra Türkiyəyə səfəri ölkənin mətbuatında geniş işıqlandırılıb: Türkiyənin Ukraynada davam edən müharibənin dayandırılmasında əsas rol oynadığına diqqət çəkilərək “Ukrayna ilə bağlı bir şey edə biləcək yeganə NATO ölkəsi Türkiyədir”, “Vasitəçilik rolu Ərdoğana yaraşır” kimi ifadələr işlənib.

“Yeni Şafak”: Avropada 5-ci yerdəyik

  Bərpa olunan enerjidə quraşdırılmış gücə görə Avropada 5, dünyada 12-ci yerdə olan Türkiyə günəş enerjisi ilə bağlı quraşdırılan elektrik enerjisi gücündə Avropada 8, dünyada isə 16-cı yerdədir.

“Star”: Aİ-dən Türkiyəyə 430 milyon avroluq dəstək hazırlığı

  Avropa İttifaqı (Aİ) 2027-ci ilə qədər Türkiyədə kənd təsərrüfatı və sahələrinin inkişafı proqramlarına ümumilikdə 430 milyon avro dəstək verəcək.

“Hürriyət”: Türkiyə “AVRO-2028”ə ev sahibliyi etməyə namizəddir

  Türkiyə Futbol Federasiyası 2028-ci ildə Türkiyədə keçiriləcək futbol üzrə Avropa Çempionatının final mərhələsi üçün UEFA-ya rəsmi namizədlik ərizəsi verdiyini açıqlayıb.

 



Әlaqәli Xәbәrlәr