İstanbul Hava Limanı Avropanın ən işlək hava limanları arasında birinci olub

İstanbul Hava Limanı 6-12 may tarixləri arasında gündə orta hesabla 1430 uçuşla Avropanın ən işlək hava limanı oldu.

2142371
İstanbul Hava Limanı Avropanın ən işlək hava limanları arasında birinci olub

İstanbul Hava Limanı 6-12 may tarixləri arasında gündə orta hesabla 1430 uçuşla Avropanın ən işlək hava limanı oldu.
Avropa Hava Naviqasiyasının Təhlükəsizliyi Təşkilatının (Eurocontrol) 6-12 may tarixləri üçün Avropa Aviasiya Hesabatı dərc olunub.
Hesabata görə, İstanbul Hava Limanı bu müddət ərzində gündə orta hesabla 1430 uçuşla Avropanın ən işlək hava limanları arasında birinci olub.

2023-cü ilin eyni dövrü ilə müqayisədə uçuşların sayını 10 faiz artıran İstanbul Hava Limanı, sıxlıq baxımından dünyanın ən işlək 10 hava limanından biri oldu.

İstanbul hava limanını gündə 1402 uçuşla Amsterdam Şiphol və 1337 uçuşla London Hitrou hava limanları izləyib.



Әlaqәli Xәbәrlәr