Rəcəb Tayyib Ərdoğan G7 sammitində xüsusi qonaq qismində iştirak edəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün keçiriləcək G7 liderlərinin sammitində xüsusi qonaq qismində iştirak edəcək.

2152764
Rəcəb Tayyib Ərdoğan G7 sammitində xüsusi qonaq qismində iştirak edəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün keçiriləcək G7 liderlərinin sammitində xüsusi qonaq qismində iştirak edəcək.
Məlumata görə, Rəcəb Tayyib Ərdoğan G7 sammitində dünya liderləri qarşısında çıxış edərək Qəzza məsələsini dilə gətirəcək.
Rəcəb Tayyib Ərdoğan Türkiyənin Qəzzada davamlı  atəşkəsin təmin edilməsi üçün göstərdiyi diplomatik səylər və bölgəyə çatdırılan humanitar yardımlardan danışacaq. 
Qeyd edək ki, G7 liderlərinin sammitində Rusiya-Ukrayna müharibəsinin səbəb olduğu qlobal problemlər də müzakirə olunacaq, beynəlxalq enerji və qida sektorlarında yaşanan problemlərə diqqət çəkiləcək. Sammitdə həmçinin davamlı inkişaf və iqtisadi əməkdaşlıq məsələləri də qiymətləndiriləcək.



Әlaqәli Xәbәrlәr