Türkiyənin XİN rəhbəri Monteneqro prezidenti ilə görüşüb

Bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin rəsmi ''X'' internet səhifəsində edilən paylaşımda bildirilib.

2152766
Türkiyənin XİN rəhbəri Monteneqro prezidenti ilə görüşüb

Türkiyənin xarici işlər naziri Hakan Fidan Şimali Makedoniyanın paytaxtı Skopyedə keçirilən Cənub-Şərqi Avropa Ölkələri Dövlət və Hökumət Başçıları Zirvəsi çərçivəsində Monteneqronun Prezidenti Jakov Milatoviç ilə görüşüb.
Bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin rəsmi ''X'' internet səhifəsində edilən paylaşımda bildirilib.
Jakov Milatoviç isə görüşlə bağlı rəsmi ''X'' internet səhifəsində etdiyi paylaşımda bu ifadələrə yer verib:"Monteneqro və Türkiyə iki dost ölkə, müttəfiq və iqtisadi tərəfdaşdır. Biz əməkdaşlığımızı gücləndirməyə və mümkün olan ən yaxşı əlaqələri qurmağa davam edəcəyik. Türkiyə xarici işlər naziri ilə görüşümüzün əsas mesajı da bu idi".



Әlaqәli Xәbәrlәr