“Pontus iddiaları” Türkiyə-Yunanıstan münasibətlərinə xələl gətirmək məqsədi daşıyır

Türkiyə Xarici İşlər Nazirliyi verdiyi yazılı açıqlamada bildirib ...

2141868
“Pontus iddiaları” Türkiyə-Yunanıstan münasibətlərinə xələl gətirmək məqsədi daşıyır

 

  Türkiyə Yunanıstanda keçirilən bəzi tədbirlərdə verilən açıqlamalarda “Pontus iddiaları”nın əsassız olduğunu bildirib.

  Türkiyə Xarici İşlər Nazirliyi verdiyi yazılı açıqlamada bildirib: "Pontus" antik dövrdən qalma bir tərifdir. 19-cu əsrin sonlarında ortaya çıxan “Pontus fəaliyyətləri” Yunanıstanın “Böyük Yunanıstan” (Megali İdeya) planının davamıdır. Məsələnin mahiyyəti türk və yunan xalqlarının mübadilələri ilə nəticələnən tarixi prosesin istismarıdır.

  İstiqlal Savaşımızın başlanğıcı olaraq qəbul etdiyimiz 19 may 1919-cu ildən 75 il sonra - 1994-cü ildə Yunanıstanda ifrat sağçı qrupların populist ritorika ilə irəli sürdüyü “Pontus iddiaları” əsassızdır. Sözügedən iddialar Türkiyə-Yunanıstan münasibətlərinə xələl gətirmək və Yunanıstan siyasətinin ehtiyatlı təbəqələrini çətin vəziyyətə salmaq məqsədi daşıyır.

  Yunanıstanla ikitərəfli münasibətlərimiz son vaxtlar müsbət dinamika alıb. Ölkə hökumətindən gözləntimiz odur ki, bəzi məsuliyyətsiz siyasətçilərin gələcək nəsillərin sülh və əmin-amanlıq şəraitində yaşamasına mane olmaq cəhdlərinə qarşı açıq mövqe nümayiş etdirsin".



Әlaqәli Xәbәrlәr