Türkiyə Hava Yolları uçuşlarına Denveri də əlavə etdi

“THY Press Consultancy”dən verilən məlumata görə ...

2152262
Türkiyə Hava Yolları uçuşlarına Denveri də əlavə etdi

 

  Türkiyə Hava Yolları (THY) 1988-ci ildə Nyu-Yorkla başlayan ABŞ uçuşlarına Denveri 14-cü istiqamət kimi əlavə etdi.

  “THY Press Consultancy”dən verilən məlumata görə, şirkət 130 ölkədə 347-ci istiqamət olan Denverə həftədə 3 uçuş təşkil edəcək və 9 iyuldan etibarən şirkət bu sayı 4-ə çatdıracaq. Beləliklə, THY hər il minlərlə sərnişini İstanbul-Denver marşrutu ilə aparıb-gətirəcək.

  Reyslər İstanbul Hava Limanı - Denver Beynəlxalq Hava Limanı marşrutu üzrə həyata keçirəcək.

  İstanbuldan Denverə 787 ABŞ dollarından başlayan qiymətlərlə səyahət etmək mümkündür. Kampaniya çərçivəsində qiymətlər THY-nin rəsmi internet saytından alınan biletlər üçün keçərli olacaq.  

 



Әlaqәli Xәbәrlәr