Rәcәb Tayyib Әrdoğan: ‘‘İsrail atәşkәslә bağlı çağırışlara qan tökәrәk cavab verir’’

Türkiyә Prezidenti Rəcəb Tayyib Ərdoğan İsrailin Qəzzada atəşkəs çağırışlarına qan tökərək cavab verdiyini, heç bir vicdanlı ölkənin belə bir vəziyyəti qəbul etməsinin mümkün olmadığını bildirib.

2152582
Rәcәb Tayyib Әrdoğan: ‘‘İsrail atәşkәslә bağlı çağırışlara qan tökәrәk cavab verir’’

Türkiyә Prezidenti Rəcəb Tayyib Ərdoğan İsrailin Qəzzada atəşkəs çağırışlarına qan tökərək cavab verdiyini, heç bir vicdanlı ölkənin belə bir vəziyyəti qəbul etməsinin mümkün olmadığını bildirib.

İspaniyanın paytaxtı Madriddə 8-ci Türkiyə-İspaniya Hökumətlərarası Zirvə toplantısı çərçivəsində “İş Forumu” keçirilib.

Prezident Rəcəb Tayyib Ərdoğan və İspaniyanın Baş naziri Pedro Sançes Türkiyədən 150-yə yaxın iş adamını ispan həmkarları ilə bir araya gətirən forumun açılışında iştirak ediblәr.

Forumda çıxış edәn Rәcәb Tayyib Ərdoğan İsrailin Qəzzada törətdiyi qәtliamlara bir daha reaksiya verib.

Rәcәb Tayyib Ərdoğan deyib: ‘‘Atəşkəs çağırışlarına qan tökərək cavab verən ölkә ilә qarşı-qarşıyayıq. Heç bir vicdanlı ölkənin belə bir vəziyyəti qəbul etməsi mümkün deyil’’.

İspaniyanın İsrailin törətdiklәrinә qarşı mövqeyini alqışladığını vurğulayan Rәcәb Tayyib Ərdoğan deyib: ‘‘Cənab Sançes yürütdüyü prinsipial siyasətlә ispan, fələstin və türk xalqının qəlbində müstəsna yer qazanıb’’.

Dost və NATO müttəfiqi İspaniya ilə hər sahədə əla münasibətlərə malik olduqlarına diqqət çəkən Prezident Rәcәb Tayyib Әrdoğan  deyib:"Biz müxtəlif sektorlardakı işimizlə yeni tərəfdaşlıq imkanları yaratmalıyıq. Bu yolla biz ölkələrimizi gələcəyə apara bilərik".

İspaniyanın Baş naziri Pedro Sançes dә öz növbәsindә deyib:

"Türkiyə İspaniyanın önәmli iqtisadi tərəfdaşıdır və regionunda mühüm aktyordur. İspaniya və Türkiyə hər sahədə ən mükəmməl əlaqələrə malik iki ölkədir".



Әlaqәli Xәbәrlәr