“Qərb və digərləri öz təhlükəsizlikləri üçün dünyaya od vurub yandırıblar”, R.T.Ərdoğan

Prezident Rəcəb Tayyib Ərdoğan Qəzzadakı zülmü qanuniləşdirənlərin olduğunu bildirərək, “Qərb və digərləri öz təhlükəsizlikləri üçün dünyaya od vurub yandırıblar” deyib.

2114425

Dövlət başçısı Ərdoğan paytaxt Ankarada Səbilürrəşad Mədəniyyət və İncəsənət Mərkəzinin Açılış Proqramında etdiyi çıxışında İsrailin Qəzzaya hücumlarına reaksiya verib.

Qərb və İsrailin öz təhlükəsizlikləri üçün dünyanı yandırdıqlarını vurğulayan Ərdoğan deyib:

"İnsan haqları, demokratiya, azadlıq və təhlükəsizlik anlayışlarından İsrailin Qəzzada həyata keçirdiyi zülmü belə qanuniləşdirmək üçün istifadə edənlər bunlar deyilmi? Hər şeyi udsalar da qane olmayanlar və başqa yoxdurmu deyənlər bunlar olmalıdır. Hətta zülmü qanuniləşdirənlər də var”.

Әlaqәli Xәbәrlәr