Avropa İttifaqının rəsmiləri Türkiyeyə səfər ediblər

Avropa İttifaqının (Aİ) komissarı Oliver Varhelyi və Aİ Şurasının sədri, İsveç adından beynəlxalq inkişaf əməkdaşlığı və xarici ticarət naziri Yohan Forssel Türkiyedə səfərdədirlər.

1949815
Avropa İttifaqının rəsmiləri Türkiyeyə səfər ediblər

Avropa İttifaqının (Aİ) komissarı Oliver Varhelyi və Aİ Şurasının sədri, İsveç adından beynəlxalq inkişaf əməkdaşlığı və xarici ticarət naziri Yohan Forssel Türkiyedə səfər ediblər.

Xarici İşlər Nazirliyinin mövzuya dair açıqlamasında deyilib:

“Avropa İttifaqının qonşuluq və genişlənmə üzrə Komissarı Oliver Varhelyi və beynəlxalq inkişaf əməkdaşlığı və xarici ticarət naziri, ölkəmizdə yaşanan zəlzələlərdən sonra Aİ-nin namizəd ölkə Türkiye ilə həmrəylini nümayiş etdirmək, dəstəyini və başsağlığı diləklərini çatdırmaq məqsədilə fevralın 21-22-də ölkəmizdə səfərdə olacaqlar.

Komissar Varhelyi və nazir Forssell Ankarada nazirimiz (Mövlud Çavuşoğlu) ilə görüş keçirərək Aİ-nin zəlzələ bölgəsinə əlavə yardımını və mart ayında keçirilməsi planlaşdırılan beynəlxalq konfransın təşkilini müzakirə edəcəklər".



Әlaqәli Xәbәrlәr