Hulusi Akar: "Türkiye Silahlı Qüvvələri dünyanın nadir ordularından biridir"

Milli müdafiə naziri Hulusi Akar Türkiye Silahlı Qüvvələrinin sahib olduğu imkan və qabiliyyətləri ilə dünyanın nadir ordularından birinə çevrildiyini vurğulayıb.

1923652
Hulusi Akar: "Türkiye Silahlı Qüvvələri dünyanın nadir ordularından biridir"

Milli müdafiə naziri Hulusi Akar Türkiye Silahlı Qüvvələrinin sahib olduğu imkan və qabiliyyətləri ilə dünyanın nadir ordularından birinə çevrildiyini vurğulayıb.

Qaziantepdə şəhərin azad edilməsinin 101-ci ildönümü münasibətilə keçirilən tədbirdə çıxış edən Hulusi Akar bildirib ki, beynəlxalq münasibətlərin subyektinə çevrilən, təsir dairəsi və yurisdiksiyası günü-gündən genişlənən Türkiye dünyada mühüm gücdür.

Türkiyenin Rusiya-Ukrayna müharibəsinin sona çatması və atəşkəsin təmin edilməsi üçün aktiv diplomatiya nümayiş etdirdiyini bildirən nazir Akar dünyanı təhdid edən ərzaq böhranının aradan qaldırılması üçün taxıl daşınmasının imzalanması və uzadılmasında Türkiyenin böyük töhfə verdiyini qeyd edib.

Yunanıstanın hər keçən gün yeni gərginliklərə səbəb olduğuna diqqət çəkən H. Akar Türkiyenin bölgədə sülh və sabitlik üçün səy göstərdiyini, Yunanıstanın qeyri-sabitliyi alovlandıran bir rəftar olduğunu bildirib.

“Kıbrısda (Kipr), Egeydə və Şərqi Aralıq dənizində dialoqa açıq olsaq da, bizim icazəmiz olmadan heç nəyin olmasına imkan vermədik, bundan sonra da vermərik. Özümüzün və kıbrıslı qardaşlarımızın hüquq və mənafelərini qorumaqda əzmli və qərarlıyıq", -deyə H.Akar ifadə edib.

Türkiye Silahlı Qüvvələrinin imkanları və qabiliyyvtləri ilə dünyanın qabaqcıl ordularından birinə çevrildiyini vurğulayan milli müdafiə naziri onu da deyib ki, qəhrəman ordumuz təhlükə haradan gəlirsə gəlsin, ölkəmizin və nəcib millətimizin təhlükəsizliyini təmin etmək əzmindədir.



Әlaqәli Xәbәrlәr