Hulusi Akar və Sergey Şoyqu Ukraynadakı vəziyyəti müzakirə ediblər

Türkiyenin milli müdafiə naziri Hulusi Akar Rusiya Federasiyasının müdafiə naziri Sergey Şoyqu ilə telefon əlaqvsi saxlayıb.

1891541
Hulusi Akar və Sergey Şoyqu Ukraynadakı vəziyyəti müzakirə ediblər

Türkiyenin milli müdafiə naziri Hulusi Akar Rusiya Federasiyasının müdafiə naziri Sergey Şoyqu ilə telefon əlaqvsi saxlayıb.
Milli Müdafiə Nazirliyinin məlumatına görə, görüşdə Ukrayna və Suriya başda olmaqla ikitərəfli və regional müdafiə və təhlükəsizlik məsələləri müzakirə edilib.
Taxıl daşınmasında uğurlu inkişafın qiymətləndirildiyi danışıqda humanitar yardımlara hər cür dəstəyi verməyə çalışan Türkiyənin bölgədə sülhün bərqərar olması üçün üzərinə düşəni etməyə hazır olduğu bir daha ifadə olunub.
Nazir Akar Suriyanın şimalında terror təhlükəsinin və dəhlizinin daimi olaraq qarşısının alınması, terror təşkilatlarının zərərsizləşdirilməsinin əsas prioritet olduğunu deyib. Bu məsələ ilə bağlı əldə edilmiş razılaşmalara əməl olunmasının vacibliyi bir daha vurğulanıb.



Әlaqәli Xәbәrlәr