Hulusi Akar Brüsseldə görüşlər keçirir

Milli müdafiə naziri Hulusi Akar NATO-nun Baş Qərargahında keçiriləcək müdafiə nazirlərinin iclasında iştirak etmək üçün Belçikanın paytaxtı Brüsselə səfər edib.

1892004
Hulusi Akar Brüsseldə görüşlər keçirir

Milli müdafiə naziri Hulusi Akar NATO-nun Baş Qərargahında keçiriləcək müdafiə nazirlərinin iclasında iştirak etmək üçün Belçikanın paytaxtı Brüsselə səfər edib. 

Türkiyenin NATO yanında daimi nümayəndəsi, səfir Basat Öztürk və digər rəsmi şəxslər tərəfindən qarşılanan milli müdafiə naziri Akar əvvəlcə NATO-nun Daimi Nümayəndəliyi və Türkiye Hərbi Nümayəndəliyini ziyarət edib.

Burada görülən işlər barədə məlumat alan nazir Akar Türkiyenin prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə beynəlxalq aləmdə subyektə çevrildiyini bildirib.

H.Akar Türkiyenin qlobal ərzaq böhranının həllindən tutmuş əsir mübadiləsinə, sərhədlərin müdafiəsindən bölgənin sabitləşməsinə qədər, gərgin səylər nəticəsində yaratdığı “taxıl dəhlizi” ilə həyata keçirdiyi mühüm işləri vurğulayıb.

Fərqli faktorlara görə həssas bir dövr keçirdiyimizi ifadə edən Hulusi Akar həm Türkiyenin müdafiə və təhlükəsizliyi, həm də Alyansın fəaliyyətləri çərçivəsində işlərin daha böyük həssaslıqla davam etdirilməsinin vacibliyini dilə gətirib.

Daha sonra Akar NATO-nun qərargahındakı təmasları çərçivəsində Xorvatiyanın müdafiə naziri Mario Banoziç ilə görüşüb.

Görüş zamanı ikitərəfli və regional müdafiə, təhlükəsizlik və müdafiə sənayesində əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb.



Әlaqәli Xәbәrlәr