Pakistan Türkiyə və xalqına həmrəyliyini bir daha ifadə etdi

Pakistan liderləri 15 İyul Demokratiya və Milli Birlik Günü münasibətilə Türkiyə və xalqına dəstək və həmrəyliklərini bir daha bəyan etdilər

1855575
Pakistan Türkiyə və xalqına həmrəyliyini bir daha ifadə etdi

 

  Pakistan liderləri 15 İyul Demokratiya və Milli Birlik Günü münasibətilə Türkiyə və xalqına dəstək və həmrəyliklərini bir daha bəyan etdilər.

  Pakistanın baş naziri Şahbaz Şərif “tvitter” hesabında 15 İyulun Türkiyə xalqının prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyinə sarsılmaz etimadının ifadəsi kimi yadda qalacağını bildirərək yazıb: “15 iyul türk millətinin demokratiyanı dəstəkləmək və qorumaq əzmini əks etdirir”.

  Sabiq baş nazir İmran Xan da “twitter”lə Türkiyə prezidenti və xalqını 15 İyul Demokratiya və Milli Birlik Günü münasibətilə təbrik edərək “15 iyul 2016-cı il prezident Ərdoğanın türk xalqının dəstəyi ilə ona qarşı çevriliş cəhdinin iflasa uğradığı gündür” sözlərini işlədib.

  Pakistan Xarici İşlər Nazirliyindən də Türkiyə və xalqına sonsuz həmrəylik və güclü dəstək vurğulanıb: “Türkiyə xalqının 2016-cı il 15 iyul xəyanətkar dövlət çevrilişi cəhdinə qarşı qəhrəmancasına mübarizəsi millətlərin birlik, cəsarət, əzm və bağlılıqla bütün çətinliklərin öhdəsindən gələ biləcəyini göstərdi.

  Türkiyə ilə Pakistan arasındakı münasibətlər ortaq din, mədəni və mənəvi irs əsasında qurulub. İki ölkə arasında çoxşaxəli strateji əlaqələr siyasi rəhbərliklərin güclü əzmi ilə daha da möhkəmlənəcək”.



Әlaqәli Xәbәrlәr