İtaliyanın Ankaradakı səfiri XİN-ə çağırılıb

Səfir Giorgio Marrapodi Romada PKK simvolları və terror təşkilatının quldurbaşının şəkillərinin açıq şəkildə nümayiş etdirildiyi PKK aksiyasına görə XİHN-ə çağırılıb.

1838623
İtaliyanın Ankaradakı səfiri XİN-ə çağırılıb

İtaliyanın Ankaradakı səfiri Giorgio Marrapodi Romada PKK simvolları və terror təşkilatının quldurbaşının şəkillərinin açıq şəkildə nümayiş etdirildiyi PKK aksiyasına görə Xarici İşlər Nazirliyinə çağırılıb.
Diplomatik mənbələrdən əldə edilən məlumata görə, görüşdə Türkiyə tərəfindən, fikir və istəklər adıçəkilən şəxsə çatdırılıb. Türkiyənin PKK-nın ictimai sahəyə aşıb-daşan qara piarından, QHT adı altında fəaliyyətindən, İtaliya bələdiyyələri tərəfindən terrorçuların quldurbaşına fəxri vətəndaşlıq verilməsindən narazılığı çatdırılıb.

Bundan əlavə, terror təşkilatı və onun havadarlarının bu cür əməllərinin qarşısının alınması tələbləri təkrarlanıb, İtaliya hökumətinin terrorla mübarizədə məsuliyyəti vurğulanıb.



Әlaqәli Xәbәrlәr