Xarici işlər naziri Mövlud Çavuşoğlu Braziliyada bir sıra görüşlər keçirib

Xarici işlər naziri Mövlud Çavuşoğlu Braziliya ilə ticarət həcmini 10 milyard dollar səviyyəsinə çatdırmaq və daha balanslı etmək istədiklərini bildirib.

1818004
Xarici işlər naziri Mövlud Çavuşoğlu Braziliyada bir sıra görüşlər keçirib

Xarici işlər naziri Mövlud Çavuşoğlu Braziliya ilə ticarət həcmini 10 milyard dollar səviyyəsinə çatdırmaq və daha balanslı etmək istədiklərini bildirib.

Mövlud Çavuşoğlu  rəsmi səfərdə olduğu Braziliyanın paytaxtında həmkarı Alberto Franko França ilə və nümayəndə heyətləri arasında görüşlərin və bəzi müqavilələrin imzalanmasından sonra  birgə mətbuat konfransı keçirib. Çavuşoğlu "Türkiyə ilə Braziliya arasında 160 ildən çox keçmişə gedən güclü əlaqələr var. 2010-cu ildə əlaqələrimizi strateji tərəfdaşlıq səviyyəsinə yüksəltdik" deyib.

Çavuşoğlu Türkiyə-Braziliya Yüksək Əməkdaşlıq Komissiyasının 4-cü Toplantısına qatıldığını qeyd edərək, "Ticarət və investisiyaların artırılması, hərbi və müdafiə sənayesi sahələrində əməkdaşlıq, turizmin inkişafı, mədəniyyət və təhsil sahələrində əməkdaşlıq məsələlərini diqqət mərkəzində saxladıq. Əhəmiyyətli müqavilələr imzaladıq. Bu, iqtisadi, mədəni və sosial əlaqələrimizi gücləndirəcək” deyə qeyd edib. 

Nazir deyib ki, bugünkü görüşlərdə qarşıdakı dövrdə 10 milyard dollarlıq ticarət həcmini hədəfləmişik. Müştərək İqtisadi Komissiya Toplantısını (KEK) keçirmək istəyirik və nazir Françanı Türkiyəyə dəvət etdik.

Çavuşoğlu Türkiyə ilə Cənubi Amerika Ortaq Bazarı (MERCOSUR) arasında azad ticarət razılaşması müzakirələrinə də toxunaraq, "Türkiyə ilə MERCOSUR arasında azad ticarət razılaşması danışıqlarını da canlandırmaq istəyirik. Bu baxımdan dost ölkə Braziliyanın dəstəyi vacibdir. Türkiyəyə gələn braziliyalı turistlərin sayı 100 min civarındadır. Braziliyadan 150 min və daha çox turisti Türkiyədə qəbul etmək istəyirik" deyib.

Türkiyədən Braziliyaya turist gəlişini də dəstəklədiyini deyən Çavuşoğlu "Türk Hava Yollarının (THY) San-Pauluya uçuşları əhəmiyyətli bir addımdır. THY indi Rio-de-Janeyroya da uçmağı planlaşdırır. Ona görə də sayını artıra bilərik" Bu uçuşlarla qarşılıqlı turistlərin sayını da artıra bilərik" ifadələrindən istifadə edib.

Nazir Çavuşoğlu “Bir daha vurğulamaq istərdim ki, Braziliyanın İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına (OECD) namizədliyini güclü şəkildə dəstəkləyirik” deyib.

Mövlud Çavuşoğlu daha sonra prezident Jair Bolsonaro ilə görüşüb.

Bolsonaro nazir Çavuşoğlunu Braziliya Prezident sarayında Planaltoda qəbul edib.


Çavuşoğlu bu görüşdən sonra "Twitter"də paylaşım edərək deyib ki, Braziliya prezidenti Jair Bolsonaro ilə görüşdük və ikitərəfli münasibətlərimizi və Ukraynadakı son hadisələri müzakirə etdik.



Әlaqәli Xәbәrlәr