Ukraynadan tәxliyә edilәn Türkiyә vәtәndaşlarının sayı 15 min 196 nәfәrә çatıb

Bu barәdә Mövlud Çavuşoğlu rәsmi ‘‘Twitter’’ sәhifәsindә paylaşım edib.

1797009
Ukraynadan tәxliyә edilәn Türkiyә vәtәndaşlarının sayı 15 min 196 nәfәrә çatıb

Türkiyәnin xarici işlәr naziri Mövlud Çavuşoğlu Rusiya ilә Ukrayna arasındakı müharibә sәbәbindәn bü günәdәk 15 min 196 Türkiyә vәtәndaşlarının tәxliyә edildiyini bildirib.

Bu barәdә Mövlud Çavuşoğlu rәsmi ‘‘Twitter’’ sәhifәsindә paylaşım edib.

Mövlud Çavuşoğlu paylaşımında deyib: ‘‘ Ukraynanın Lviv, Çernivtsi, Zaporijya vә Dnipro  şәhәrlәrindәn  tәxliyә edilәn 159 nәfәrlә tәxliyә edilәn Türkiyә vәtәndaşlarının sayı 15 min 196 nәfәrә çatıb. Yolunuz açıq olsun!''.

Mövlud Çavuşoğlu dünәn 13 nәfәrә dә sәrhәddәn keçmәk üçün dәstәk verildiyini bildirib. Çavuşoğlu bu yolla tәxliyә edilәnlәrin sayının isә 4 min 965-ә çatdığını deyib.
Qeyd edək ki, Rusiya fevralın 24-də Ukrayna ərazisində hərbi əməliyyata başlayıb.



Әlaqәli Xәbәrlәr