İbrahim Kalın Almaniyanın "Die Welt" qəzetinə müsahibə verib

Türkiyə Prezidentinin mətbuat katibi İbrahim Kalın Ukrayna böhranı ilə bağlı Qərbin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaların işə yaramayacağını, ancaq problemlərin həllini ləngidəcəyini bildirib.

1782135
İbrahim Kalın Almaniyanın "Die Welt" qəzetinə müsahibə verib

Türkiyə Prezidentinin mətbuat katibi İbrahim Kalın Ukrayna böhranı ilə bağlı Qərbin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaların işə yaramayacağını, ancaq problemlərin həllini ləngidəcəyini bildirib.

İbrahim Kalın Almaniyanın "Die Welt" qəzetinə verdiyi müsahibədə "Rusiyaya qarşı sanksiyalar nəticə verməyəcək. Siz sadəcə problemləri gecikdirirsiniz. Yaxşı olar ki, qarşı tərəfi dinləyəsiniz və onların strateji narahatlıqlarını başa düşəsiniz" deyib.

İ.Kalın Türkiyənin Rusiya ilə Ukrayna arasındakı gərginliyin nə yerdə olduğu sualına, 21-ci əsrdə yeni çətinliklərlə üzləşildiyinə diqqət çəkib:

"Buna görə də hər iki tərəfin özlərini təhlükəsiz hiss edəcəyi yeni qaydalar və prinsiplər yaratmalıyıq. Bu, o demək deyil ki, siz Rusiyadan gələn hər tələbə cavab verməlisiniz, ancaq rusları dinləməlisiniz. 

NATO-nun dünyanın indiyə qədər gördüyü ən uğurlu və əhəmiyyətli hərbi alyans olduğunu vurğulayan Kalın deyib:

"Biz (NATO-nun) əsas üzvüyük. Amma bu o demək deyil ki, biz Mərkəzi Asiya, Qafqaz, Orta Şərq, Afrika kimi digər alyanslarda iştirak etməyəcəyik və ya Rusiya və ya Çinlə yaxşı münasibətlərimiz olmayacaq". 

Sözcü Kalın xarici siyasətə 360 dərəcə perspektivdən baxdıqlarını dilə gətirərək, "Bizə müraciət edən heç kəsi geri çevirməyəcəyik. Coğrafiyamız bizi buna məcbur edir, amma bu, həm də kömək edir. Təbii ki, bu o demək deyil ki, biz hər şeydə razılaşmalıyıq. Hətta Rusiya ilə belə. Krımın ilhaqını tanımırıq. Suriyadakı siyasətini və Liviyadakı Vaqner qoşunlarını dəstəkləmirik. Amma buna görə də bir-birimizlə dərhal döyüşmək məcburiyyətində deyilik” deyib.

Almaniyanın Avropanın ən əhəmiyyətli ölkəsi olduğunu qeyd edən Kalın münasibətlərin (Türkiyə-Almaniya) hazırda istənilən səviyyədə olmadığını bildirib.

Kalın iki ölkə arasında böyük potensialın olduğuna diqqət çəkib:

"Birlikdə çox şeyə nail ola bilərik. Biz daha çox diqqətimizi strateji maraqlarımızı və tarixi baxışlarımızı reallaşdırmağa yönəltməliyik".



Әlaqәli Xәbәrlәr