Türkiyə və Ukrayna nazirləri Azov və Qara dənizlərindəki vəziyyəti müzakirə etdilər

Ukraynanın xarici işlər naziri Dmitri Kuleba "twitter" səhifəsində Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə telefon danışığı apardığını qeyd edib

1777687
Türkiyə və Ukrayna nazirləri Azov və Qara dənizlərindəki vəziyyəti müzakirə etdilər

 

  Türkiyə və Ukrayna xarici işlər nazirləri regiondakı vəziyyəti müzakirə edib.

  Ukraynanın xarici işlər naziri Dmitri Kuleba "twitter" səhifəsində Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə telefon danışığı apardığını qeyd edib. Nazir bildirib ki, telefon danışığında, xüsusilə Azov və Qara dənizlərindəki vəziyyət müzakirə olunub.

  Həmçinin Ukrayna və Türkiyənin xarici işlər nazirləri Ukrayna sərhədində gərginliyi azaltmağın diplomatik yollarını müzakirə ediblər.

  "Mən Ankaranın fəal səylərini alqışlayıram. Biz Ukrayna ilə Türkiyə arasında hərbi-texniki əməkdaşlığın inkişafını da müzakirə etdik", - deyə Dmitri Kuleba bildirib. 



Әlaqәli Xәbәrlәr