Türkiyənin əhalisi 84 milyon 680 mini keçib

Türkiyənin əhalisi 2021-ci ildə əvvəlki il ilə müqayisədə 1 milyon 65 min 911 nəfər artaraq 84 milyon 680 min 273 nəfərə çatıb.

1773407
Türkiyənin əhalisi 84 milyon 680 mini keçib

Türkiyənin əhalisi 2021-ci ildə əvvəlki il ilə müqayisədə 1 milyon 65 min 911 nəfər artaraq 84 milyon 680 min 273 nəfərə çatıb.

Türkiyə Statistika Qurumu (TÜİK) “Ünvana əsaslanan əhali qeydiyyat sistemi 2021 nəticələri”ni açıqlayıb.

Buna görə, 2020-ci ildə 83 milyon 614 min 362 nəfər olan ölkə əhalisi, keçən il 1 milyon 65 min 911 nəfər artaraq 84 milyon 680 min 273 nəfərə çatıb.

Əhali kişi nisbəti 50,1 faiz (42 milyon 428 min 101 nəfər), qadın   əhali nisbəti isə 49,9 faiz (42 milyon 252 min 172 nəfər) olaraq qeydə alınıb.

Əhalinin illik artım tempi 2020-ci ildə mində 5,5 olduğu halda, 2021-ci ildə mində 12,7-yə yüksəlib.

Vilayət və qəsəbə mərkəzlərində əhalinin nisbəti 2020-ci ildə 93 faiz olduğu halda, 2021-ci ildə 93,2 faizə yüksəlib.

Şəhər və kəndlərdə yaşayan əhalinin nisbəti 7 faizdən 6,8 faizə enmişdir.



Әlaqәli Xәbәrlәr