“Türkiyə və Ermənistan nümayəndələrinin ilk görüşü Moskvada keçirilə bilər”, M.Çavuşoğlu

Mövlud Çavuşoğlu Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşması prosesi üçün hər iki ölkənin müəyyən etdiyi xüsusi nümayəndələrin ilk görüşünün Moskvada keçiriləcəyini deyib.

1753111
“Türkiyə və Ermənistan nümayəndələrinin ilk görüşü Moskvada keçirilə bilər”, M.Çavuşoğlu

Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşması prosesi üçün hər iki ölkənin müəyyən etdiyi xüsusi nümayəndələrin ilk görüşü Moskvada keçiriləcək.

Bunu xarici işlər naziri Mövlud Çavuşoğlu Ankarada cari ilin yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında deyib.

Nazirin sözlərinə görə, görüşün Moskvada keçirilməsi Ermənistan tərəfinin istəyidir.

Türkiyə ilə Ermənistan arasında normallaşma prosesini dəyərləndirən Çavuşoğlu, hər iki tərəfin xüsusi nümayəndələr təyin etdiyini xatırladıb və belə davam edib:

"Bizim təəssüratımıza görə, ilk görüş Moskvada keçiriləcək, Ermənistanın bu istiqamətdə istəyi var. Lakin ilk görüşdən başqa, biz birbaşa təmasların olmasını istəyirik".

İki ölkə arasında qarşılıqlı çarter reyslərinin tezliklə başlayacağına diqqət çəkən Çavuşoğlu Ermənistan və Türkiyə arasında qarşılıqlı səfərlər də daxil olmaqla birbaşa təmas qurulmasının və münasibətlərin normallaşması üçün atılacaq addımlar üçün yol xəritəsi müəyyən edilməsinin lazım olduğunu söyləyib.

Nazir Çavuşoğlu Ermənistanla münasibətlərin normallaşdırılması prosesində Azərbaycanla məsləhətləşmələrin və koordinasiyanın vacib olduğunu vurğulayaraq, "Ümid edirəm ki, Ermənistan bu istiqamətdə davam edəcək. (Ermənistanın) mesajları müsbətdir, lakin əməliyyatları görmək istəyirik. Üçtərəfli olaraq addımları da ata bilərik" deyib.

Münasibətlərin normallaşması üçün yeni addımların atılmasının vacibliyini vurğulayan Çavuşoğlu deyib:

"Bu, Qafqazın sabitliyi, sülhü və rifahı üçün vacib olacaq. Ona görə də onlar xüsusi nümayəndələrin burada ilk görüşü üçün yol xəritəsi ilə bağlı fikir mübadiləsi aparacaqlar. Bundan sonra onların mütəmadi olaraq görüşməsinin faydalı olacağını düşünürəm”. 



Әlaqәli Xәbәrlәr