“Belarus sərhədində yaşananlar Türkiyə sərhədlərində əsla yaşanmadı”, S.Soylu

Paytaxt Ankarada bir seminarda etdiyi çıxışında Türkiyənin ölkə başçısı Rəcəb Tayyib Ərdoğanla tutduğu sürətli dəyişməyə köklü dövlət və rəhbərlik ənənəsini daxil etdiyini bildirən S.Soylu deyib...

1740403
“Belarus sərhədində yaşananlar Türkiyə sərhədlərində əsla yaşanmadı”, S.Soylu

 

  Türkiyənin Daxili işlər naziri Süleyman Soylu bu gün Belarus sərhədində yaşananların Türkiyə sərhədlərində əsla yaşanmadığını vurğuladı.

  Paytaxt Ankarada bir seminarda etdiyi çıxışında Türkiyənin ölkə başçısı Rəcəb Tayyib Ərdoğanla tutduğu sürətli dəyişməyə köklü dövlət və rəhbərlik ənənəsini daxil etdiyini bildirən S.Soylu deyib: “Türkiyə addımlar arası məsafəni böyüdən, hərəkət və qərar çıxarma qabiliyyəti azalan parlament sistemindən, xüsusilə qlobal və yerli problemlər qarşısında daha elastik, daha məhsuldar, yuxarıdan aşağı ünsiyyəti güclü bir sistem olan Prezident Hökumət Modelinə keçib.

  İngiltərə də yaxın zamanlarda bir bənzərini yaşadı və qurulan hökumətlərin uzunömürlü olmadıqları, daim içlərində mübahisələrin yaşandığı və yaşanacağına dair narahatlıqların olduğu da açıq-aşkar ortadadır.

  İmmiqrant məsələsi ilə sarsılan Avropa, elə zənn edirəm ki, bizə başqa nümunələr də göstərəcək.

  Bu günkü Belarus sərhədində yaşananlar, üstəlik çox az sayda immiqrantla bağlı yaşananlar bizim sərhədlərimizdə əsla olmadı. Türkiyənin rəhbərlik anlayışı, mədəniyyəti, 21-ci əsrdəki mövqeyi belə insanlıqxarici səhnələrin yaşanmasına mane oldu."



Әlaqәli Xәbәrlәr