Türkiyənin terrorla mübarizəsi davam edir

Siirt şəhərində separatçı terror təşkilatı PKK-ya qarşı “Eren Qış-5” əməliyyatı başlayıb.

1735424
Türkiyənin terrorla mübarizəsi davam edir

İraqın şimalında  terror təşkilatı PKK üzvü olan 5 terrorçu zərərsizləşdirilib.

Milli Müdafiə Nazirliyinin bununla bağlı bəyanatında İraqın şimalındakı Hakurk bölgəsində terrorçulara qarşı silahlı pilotsuz uçuş aparatları (SİHA) ilə əməliyyat keçirildiyi bildirilib.

Bəyanatda "Türkiyə Silahlı Qüvvələri ilə Milli Kəşfiyyat Təşkilatının (MİT) koordinasiyalı fəaliyyəti nəticəsində İraqın şimalındakı Hakurk bölgəsində aşkarlanan 5 PKK terrorçusu SİHA-larımızın təşkil etdiyi əməliyyatla zərərsizləşdirilib. Terrorla mübarizəmiz təsirli və qətiyyətli şəkildə davam edəcək" deyilib.

Digər tərəfdən, Siirt şəhərində separatçı terror təşkilatı PKK-ya qarşı “Eren Qış-5” əməliyyatı başlayıb.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, PKK-nın ölkə gündəmindən çıxarılması və bölgədə olduğu hesab edilən terrorçuların zərərsizləşdirilməsi məqsədilə Siirtdə əməliyyata start verilib.

Əməliyyatda 700 nəfər şəxsi heyət və 53 əməliyyat qrupu iştirak edir.

Məlumatda bildirilib ki, ölkədə terrorun kökünü kəsmək üçün həyata keçirilən “Eren” qış ​​əməliyyatları xalqın dəstəyi ilə, inamla və qətiyyətli olaraq uğurla davam etdirilir.



Әlaqәli Xәbәrlәr