Türkiyə tarixinin ən böyük ağaclandırma səfərbərliyi

Paytaxt Ankarada Beştəpədə 15 İyul Demokratiya Muzeyi Millət Meşəsində Milli Ağaclandırma Günü münasibətilə təşkil olunan Fidanəkmə Mərasimində iştirak edən Ərdoğan buradakı çıxışında deyib...

1732797
Türkiyə tarixinin ən böyük ağaclandırma səfərbərliyi

 

  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 2023-cü ilin sonuna qədər əkilən ağac sayını 7 milyarda çatdırmağı düşündüklərini söylədi.

  Paytaxt Ankarada Beştəpədə 15 İyul Demokratiya Muzeyi Millət Meşəsində Milli Ağaclandırma Günü münasibətilə təşkil olunan Fidanəkmə Mərasimində iştirak edən Ərdoğan buradakı çıxışında deyib: “Meşə varlığının artırılması ilə bağlı daim ön sırada olacağıq. Daha yaşıl bir Türkiyə üçün respublika tariximizin ən böyük ağaclandırma səfərbərliyini həyata keçiririk.

  Hədəfimiz 2023-cü ilin sonunadək əkilən ağac sayını 7 milyarda, çatdırmaq, ölkəmizin 3-də birini isə meşə ilə örtməkdir.

  Eroziyaya uğrayan torpaqları 154 milyon tona qədər aşağı saldıq. Artıq hər il Qıbrız (Kipr) adası böyüklüyündə bir torpaq itirilmir, qurtarılır.

  Meşə yanğınlarına qarşı beynəlxalq səviyyədə güclü iş birlikləri qurmalıyıq. Yanğından zərər görən sahələr 1 il içində ağaclandırılmalıdır.

  Gələcəyə Nəfəs Kampaniyası ilə 252 milyon fidanı il bitmədən torpaqla qovuşduracağıq.

  2022-ci ilin sonunadək 81 rayona 81 Millət Meşəsi salaraq bütün vətəndaşların bu xidmətdən faydalanmasını təmin edəcəyik. Bu həcmi artırmağa, inkişaf etdirməyə və iqlim dəyişikliyinin təsirlərinə qarşı meşə təsərrüfatını möhkəmləndiməyə davam edirik."



Әlaqәli Xәbәrlәr