Mövlud Çavuşoğlu: “Liviyada sabitlik, firavanlıq və sülhün bərpasını istəyirik”

Xarici işlər naziri Mövlud Çavuşoğlu Liviya Dövlət Ali Şurasının (DYK) sədri Halid əl-Mişri ilə görüşüb.

1732052
Mövlud Çavuşoğlu: “Liviyada sabitlik, firavanlıq və sülhün bərpasını istəyirik”

Nazir Çavuşoğlu sosial media hesabında görüşə dair açıqlama verib. Mişri ilə sonuncu dəfə sentyabr ayında bir araya gəldiyini xatırladan nazir üç ay fasilədən sonra yenidən görüş keçirdiyi Mişri ilə mövcud siyasi vəziyyət və cərəyan edən prosesləri müzakirə etdiklərini bildirib. Çavuşoğlu: “Türkiyənin əsas arzusu Liviyada sabitlik, firavanlıq və sülhün hökm sürməsidir. Bu məqsədlə Liviyalı qardaşlarımızı dəstəkləməyə davam edirik”.



Әlaqәli Xәbәrlәr