Hulusi Akar İrakli Qaribaşvili ilə görüşüb

Gürcüstanda səfərdə olan milli müdafiə naziri Hulusi Akar bu ölkənin Baş naziri İrakli Qaribaşvili görüşüb.

1714574
Hulusi Akar İrakli Qaribaşvili ilə görüşüb

Gürcüstanda səfərdə olan milli müdafiə naziri Hulusi Akar bu ölkənin Baş naziri İrakli Qaribaşvili görüşüb.

Akar Gürcüstan-Türkiyə Müdafiə Nazirləri yığıncağında iştirak etmək məqsədilə bu ölkənin Baş naziri İ. Qaribaşvili ilə bir araya gəlib.

İki ölkə arasında müdafiə sahəsində əməkdaşlıq və regionda təhlükəsizliyə təhdidlər görüşün əsas müzakirə mövzularından olub.

Tərəflər Türkiyə və Gürcüstan arasında strateji tərəfdaşlığı və sıx ikitərəfli əlaqələri vurğulayıblar. Qeyd olunub ki, onilliklər ərzində Türkiyənin Gürcüstana praktiki dəstəyi ölkənin Müdafiə Qüvvələrinin inkişafında xüsusi rol oynayıb. Müdafiə mexanizmlərinin gücləndirilməsində və təhdidlərin qarşısının alınmasında çoxmillətli birgə hərbi təlimlərin roluna, bu işdə müttəfiqlərin və dostların fəal iştirakının əhəmiyyətinə diqqət yetirilib.

Baş nazir Gürcüstanın milli müdafiə nazirinə Türkiyənin Gürcüstanın suverenliyinə, ərazi bütövlüyünə və NATO-ya üzvlüyünə davamlı dəstəyinə görə təşəkkür edib.



Әlaqәli Xәbәrlәr