İbrahim Kalın Cek Sullivan ilə görüşüb

Türkiyə Prezidenti Administrasiyasının sözçüsü İbrahim Kalın Ağ Evdə ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Cek Sullivan ilə görüşüb.

1709413
İbrahim Kalın Cek Sullivan ilə görüşüb

Türkiyə Prezidenti Administrasiyasının sözçüsü İbrahim Kalın Ağ Evdə ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Cek Sullivan ilə görüşüb.

Prezident Aparatının mövzuyla bağlı  yaydığı açıqlamaya görə, görüşdə ikitərəfli əlaqələr, yeni tip koronavirus (Covid-19) və qlobal iqlim dəyişikliyi, Əfqanıstan, Suriya, İraq, Liviya, Kıbrıs (Kipr), Şərqi Aralıq dənizi və digər regional inkişaflar müzakirə edilib.

Türkiyə-ABŞ əlaqələrinin strateji əhəmiyyətinin vurğulandığı görüşdə iqtisadi əməkdaşlığın artırılması üçün atılacaq addımlar ətrafında fikir mübadiləsi aparılıb.

İki ölkənin ticarət həcminin hədəf götürülən 100 milyard dollara çatması üçün zəruri mexanizmlərin aktivləşdirilməsinə və qarşılıqlı yüksək səviyyəli səfərlərin artırılmasına diqqət yetirilib.

Əfqanıstanda baş verə biləcək yeni humanitar böhranların qarşısını almaq və humanitar yardımların ölkəyə ən qısa zamanda çatmasını təmin etmək üçün beynəlxalq əməkdaşlığın vacib olduğu vurğulanıb. Türkiyə ilə ABŞ arasında Əfqanıstan mövzusunda sıx təmasın davam edəcəyi bildirilib.

NATO müttəfiqləri arasındakı həmrəyliyin vacibliyinin vurğuladığı görüşdə müttəfiqlər arasındakı problemlərin dialoq və danışıqlar yolu ilə həll edilməsinin lazım olduğu ifadə edilib.

Görüşdə həmçinin Qarabağ qələbəsindən sonra Qafqazdakı son vəziyyət qiymətləndirilib. Regional sülh və sabitlik üçün çoxşaxəli səylərin davam etdirilməsinin vacibliyi vurğulanıb.



Әlaqәli Xәbәrlәr