Çavuşoğlu: “Türkiyənin Әfqanıstan səfirliyinin fәaliyyәti davam edir”

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Türkiyənin Әfqanıstan Səfirliyinin fəaliyyətini davam etdirdiyini bildirib

1691622
Çavuşoğlu: “Türkiyənin Әfqanıstan səfirliyinin fәaliyyәti davam edir”

 

  Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Әlcəzairә etdiyi sәfәr çәrçivәsindә jurnalistlәrә gündәmә dair mövzularla әlaqәdar açıqlama verib.

  Əfqanıstandakı son vəziyyətә toxunan nazir Türkiyənin Əfqanıstandakı diplomatik nümayəndəlikləri ilә bağlı nazir lazımi tədbirlərin görüldüyünü, hazırda Kabildəki səfirliyin fəaliyyətini davam etdiyini bildirib.

  Qeyd edәk ki, 2020-ci ilin fevral ayında ABŞ-la Taliban arasında imzalanan razılaşma çәrçivәsindә bəynəlxalq qüvvələrin Əfqanıstandan çıxarılması prosesi başladı. Razılaşma xarici qüvvələrə hücum etməməyi zәmanәtə alsa da, Qətərdə Əfqanıstan hökuməti ilə danışıqlar aparan Taliban hәrәkatı iyun ayından bəri Əfqanıstanın bir çox əyalət mərkəzinә nәzarәti әlә keçirib. Avqustun 15-ində isә paytaxt Kabili alıb. Prezident Əşrəf Qani ölkəni tərk edib. Hökumət qüvvələri paytaxtdan çıxıb. Belәcә, şәhәr tam nәzarәtә alınıb.



Әlaqәli Xәbәrlәr