Prezident Ərdoğan İran və Əfqanıstan prezidentləri ilə telefonla danışıb

Prezident Rəcəb Tayyib Ərdoğan Əfqanıstan Prezidenti Əşrəf Qəni və İran Prezidenti Seyid İbrahim Rəisi ilə telefonla danışıb.

1689665
Prezident Ərdoğan İran və Əfqanıstan prezidentləri ilə telefonla danışıb

Prezident Rəcəb Tayyib Ərdoğan Əfqanıstan Prezidenti Əşrəf Qəni və İran Prezidenti Seyid İbrahim Rəisi ilə telefonla danışıb.

Ərdoğan Türkiyədəki meşə yanğınlarının tezliklə bitməsini arzulayan Əşrəf Qəniyə təşəkkür edib və Əfqanıstanın ən qısa zamanda layiq olduğu sülhü, sabitliyi əldə edə bilməsi üçün dost-qardaş əfqan xalqının yanında olmağa davam edəcəklərini deyib.

Dövlət başçısı İran Prezidenti ilə telefon söhbətində isə Rəisini yeni vəzifəyə başlaması münasibətilə təbrik edib. Prezident Ərdoğan Türkiyə-İran əlaqələrinin və regional əməkdaşlığın hər sahədə daha da güclənəcəyinə inandığını vurğulayıb və meşə yanğınlarının tezliklə bitməsini arzulayan Rəisiyə təşəkkür edib. 



Әlaqәli Xәbәrlәr