Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop İranda səfərdədir

Mustafa Şentop İran İslam Respublikasının yeni seçilmiş Prezidenti İbrahim Rəisinin andiçmə mərasimində iştirak etmək üçün bu ölkəyə səfərə gedib.

1686177
Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop İranda səfərdədir

Türkiyə Böyük Millət Məclisinin sədri (TBMM)  Mustafa Şentop İran İslam Respublikasının yeni seçilmiş Prezidenti İbrahim Rəisinin andiçmə mərasimində iştirak etmək üçün bu ölkəyə səfərə gedib.

Tehranın Mehrabad Hava Limanında Milli Məclis sədrinin başçılıq etdiyi nümayəndə heyətini İslam Şurası Məclisinin sədr müavini Mütəfəkkir Azad, Türkiyənin bu ölkədəki səfiri Erya Örs qarşılayıblar.

Türkiyə-İran Dostluq Qrupunun sədri, Ədalət və İnkişaf Partiyasının (AK Partiya) Van şəhərindən millət vəkili Osman Nuri Gülacar və AK Partiyanın Kütahya şəhərindən millət vəkili İshak Gazel də heyətdə iştirak edirlər.

Şentop İranın 8-ci Prezidenti İbrahim Rəisi və Məclis sədri Məhəmməd Bəkir Kalibaf ilə görüşəcək və Rəisinin Məclisdəki andiçmə mərasiminə qatılacaq.



Әlaqәli Xәbәrlәr