Hakan Fidan İspaniyaya sәfәr edәcәk

Bu barәdә Türkiyәnin Xarici İşlәr Nazirliyi bәyanat yaydı.

2145272
Hakan Fidan İspaniyaya sәfәr edәcәk

Türkiyәnin xarici işlәr naziri Hakan Fidan sabah İspaniyaya sәfәr edәcәk.

Türkiyә Xarici İşlәr Nazirliyinin yaydığı bәyanatda bu ifadәlәrә yer verilib: ‘‘Nazirimiz İspaniyanın Fәlәstini tanıması münasibәtilә İslam Әmәkdaşlıq Tәşkilatı vә Әrәb Liqasının Qәzza üzrә Tәmas Qrupu üzvlәri ilә mayın 29-da İspaniyanın paytaxtı Madridә sәfәr edәcәk. Görüşlәrdә Qәzzada atәşkәsin tәmin olunması vә iki dövlәtli hәll prinsipi әsasında Fәlәstin dövlәtinin daha çox ölkә tәrәfindәn tanınması ilә bağlı göstәrilәn sәylәr müzakirә olunacaq’’.



Әlaqәli Xәbәrlәr