Hakan Fidan: ‘‘Fәlәstin dövlәtinin tanınması böyük әhәmiyyәt kәsb edir’’

Türkiyәnin xarici işlər naziri Hakan Fidan bildirib ki, bəzi dövlətlərin İsrailə dəstəyi olmasaydı, Qəzzada soyqırımın davam etməsi mümkün olmazdı.

2145490

Nazir Hakan Fidan paytaxt Ankarada Kamboca baş nazirinin müavini, xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Sok Çenda Sofea ilə birgə mətbuat konfransında çıxış ediblәr.

İsrailin Qəzzada davam etdirdiyi hücumlara toxunan Hakan Fidan deyib: "İsrailin həyata keçirdiyi bu soyqırımın cəzasız qalmayacağına ürəkdən inanırıq. ABŞ başda olmaqla, Qərb ölkələrinin İsrailə qeyd-şərtsiz dəstəyi olmasaydı, İsrailin bölgədə törәtdiyi  soyqırımın başlaması və ya davam etməsi mümkün olmazdı’’.

Nazir Hakan Fidan Fələstini dövlət kimi tanıyan ölkələrlə bağlı deyib: "Fələstinlilərin dövlətçilik istiqamətində göstərdikləri səyləri haqlı görən bir atmosfer formalaşıb. Biz bu atmosferi struktura çevirmək üçün çalışırıq. Üç ölkәnin Fәlәstini rəsmi olaraq tanıması və 1 ölkənin dә bu istiqamәtdә addım atması müsbәt irәlilәyişdir. Bu mövzu ilә bağlı işlәrimizi  davam etdirәcәyik’’.

Әlaqәli Xәbәrlәr