Prezident Ərdoğan Gürcüstan və Efiopiya hökumət liderləri ilə görüşüb

Prezident Rəcəb Tayyib Ərdoğan, Gürcüstanın Baş naziri İrakli Qaribaşvili və Efiopiyanın Baş naziri Abiy Əhməd ilə ayrı -ayrılıqda telefon danışığı edib.

1683824
Prezident Ərdoğan Gürcüstan və Efiopiya hökumət liderləri ilə görüşüb

Prezident administrasiyasının ictimaiyyətlə əlaqələr rəhbərliyindən danışıqlar ilə əlaqəli yayılan açıqlamada: “Ərdoğan-Qaribaşvili arasında baş tutan görüşdə Türkiyə-Gürcüstan əlaqələri və regional məsələlər müzakirə edildi. Prezident Ərdoğan, meşə yanğınları münasibəti ilə Türkiyəyə arzularını çatdıran və yanğına qarşı mübarizədə dəstəyini ifadə edən Gürcüstan Baş naziri Qaribaşviliyə minnətdarlığını bildirib. Türkiyə-Gürcüstan strateji tərəfdaşlığının bu günlərdə daha mənalı olduğunu ifadə edən Ərdoğan, Gürcüstanın regional əməkdaşlıqda açar rola sahib ölkələrdən biri olduğunu ifadə edib. Xüsusilə regional nəqliyyat və enerji ötürmə xətlərinin səmərəliliyi və təhlükəsizliyi baxımından birlikdə addım atmağın əhəmiyyətinə diqqət çəkib. Nazirlər və millət vəkilləri tərəfindən uğurla həyata keçirilən Türkiyə-Gürcüstan-Azərbaycan üçlü mexanizminin liderlər seviyyəsində də dirçəlməsini arzu etdiklərini vurğulayıb.

Prezident Ərdoğanın Efiopiyanın Baş naziri Abiy Əhməd ilə keçirdiyi görüşdə Türkiyə-Efiopiya əlaqələri və regional məsələlər müzakirə olunub. Prezident, Efiopiyanın sülh və sabitliyinə üstünlük verdiklərinə diqqət çəkib və Türkiyənin Efiopiyaya hər sahədə dəstəyinin davam edəcəyini qeyd edib.



Әlaqәli Xәbәrlәr