Baykar 20 iyul müjdəsini açıqladı

“Twitter” hesabından etdiyi paylaşmada Baykar yazıb...

1677778
Baykar 20 iyul müjdəsini açıqladı

 

  Türkiyənin Baykar sənaye şirkəti Muharip Pilotsuz Təyyarə Sistemi (MİUS - Muharip İnsansız Uçak Sistemi) layihəsinin nəzəri dizayn görüntülərini paylaşdı.

  “Twitter” hesabından etdiyi paylaşmada Baykar yazıb: "Muharip Pilotsuz Təyyarə Sistemi (#MİUS) layihəmizin nəzəri dizayn görüntülərini ilk dəfə paylaşırıq. Millətimizə və bütün İslam aləminə sağlam və xoşbəxt bir Qurban Bayramı (#KurbanBayramı) diləyirik. Milli Texnologiya həmləsi (#MilliTeknolojiHamlesi)."

  Xatırladaq ki, Baykar 17 iyulda içində MİUS-lə bağlı bəzi ip uclarının olduğu video paylaşaraq "Bayram hədiyyəsi yüklənir! 20 iyulu gözləyin" ifadələrini işlətmişdi.

 

https://www.trt.net.tr/azerbaycan/turkiy/2021/07/18/20-iyulu-gozl-yin-1677070

 



Әlaqәli Xәbәrlәr