Rәcәb Tayyib Әrdoğan Pedro Sançeslә görüşüb

Türkiyə-İspaniya 8-ci Hökumətlərarası Zirvə toplantısı çərçivəsində İspaniyada sәfәrdә olan Türkiyә Prezidenti Rәcәb Tayyib Әrdoğan bu ölkәnin Baş naziri Pedro Sançes tərəfindən rəsmi mərasimlə qarşılanıb.

2152685

Paytaxt Madriddəki Monkloa sarayında keçirilən mərasim iki ölkənin dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.

Mərasimdən sonra Prezident Rәcәb Tayyib Ərdoğan və Baş nazir Pedro Sançes arasında ikitərəfli görüş olub.

Mәrasimdә Türkiyәnin ailə və sosial xidmətlər naziri Mahinur Özdemir Göktaş, enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar, xəzinə və maliyyə naziri Mehmet Şimşək, sənaye və texnologiya naziri Mehmet Fatih Kaçır, kənd təsərrüfatı və meşə naziri İbrahim Yumaklı və ticarət naziri Ömer Bolat da iştirak ediblər.

Әlaqәli Xәbәrlәr