Türkiyə Avropa İttifaqı Ədalət Divanının qərarına reaksiya verdi

Türkiyə Xarici İşlər Nazirliyindən edilən yazılı şərhdə bildirilir...

1677056
Türkiyə Avropa İttifaqı Ədalət Divanının qərarına reaksiya verdi

 

  Türkiyə Avropa İttifaqı Ədalət Divanının çadra məhdudlaşdırmasıyla bağlı aldığı qərara reaksiya verdi.

  Türkiyə Xarici İşlər Nazirliyindən edilən yazılı şərhdə bildirilir: “Avropa İttifaqı Ədalət Divanı Almaniyadakı iki ayrı-ayrı müəssisənin çalışanlarına tətbiq etdiyi çadra məhdudlaşdırması ilə bağlı son qərarı ilə dini azadlığı pozdu. Qərar İslam əleyhdarlığının və müsəlmanlara qarşı dözümsüzlüyün Avropada təşkilati və hüquqi şəxsə çatdırılma səylərinin yeni bir nümunəsidir.

  Avropa İslam düşmənliyi, irqçilik və nifrət zəhərinin get-gedə yüksəldiyi bir dövrdədir.

  Avropa İttifaqı Ədalət Divanının qərarı dini azadlığı heçə saydığı kimi, ayrı-seçkiliyə də zəmin yaradır, hüquqi don geyindirir. Bu səhvin körükləyəcəyi, İslam düşmənliyi baxımından təhlükədən xəbər verən qərarı qınayırıq."

  Xatırladaq ki, Avropa Ədalət Divanı Avropa İttifaqında olan şirkətlərdə çalışan müsəlman qadınların çadra taxmasını "müəyyən şərtlər altında" qadağan edən qərar çıxarıb.



Әlaqәli Xәbәrlәr