Milli Tәhlükәsizlik Şurasının iclası Rәcәb Tayyib Әrdoğanın sәdrliyi ilә keçirildi

Milli Tәhlükәsizlik Şurasının iclası Türkiyә Prezidenti Rәcәb Tayyib Әrdoğanın sәdrliyi ilә keçirildi.

2145665
Milli Tәhlükәsizlik Şurasının iclası Rәcәb Tayyib Әrdoğanın sәdrliyi ilә keçirildi

Milli Tәhlükәsizlik Şurasının iclası Türkiyә Prezidenti Rәcәb Tayyib Әrdoğanın sәdrliyi ilә keçirildi.

İclasdan sonra yayımlanan bәyannamәdә bildirilib ki, beynəlxalq hüquqdan irəli gələn məsuliyyətlərinə məhəl qoymayaraq Qəzzada qətliamlarını davam etdirən İsrailin bəşəriyyətə qarşı törətdiyi cinayətlərə son qoymaq üçün bütün dünyada ucalan sәslәrin qarşısının alınması istiqamәtindә atılan addımlar qanunun aliliyini, demokratiyanı və ifadə azadlığını müdafiə etdiyini iddia edәn dairələrin qeyri-səmimiliyini bir daha ortaya qoydu.

Fələstin Dövlətini tanıyan ölkələrin sayının artırılmasının və qәtliama görə məsuliyyət daşıyanların ədalət qarşısında cavab verməsi üçün səylərin artırılmasının kritik әhәmiyyәt daşıdığı bildirilib.

Bəyannamədə hәmçinin bildirilib ki, PKK/KCK-PYD/YPG, FETÖ VE DEAŞ terror təşkilatları  başda olmaqla Türkiyənin milli birliyinə, həmrəyliyinə və dirçəlməsinə yönəlmiş hər cür təhdid və təhlükələrə qarşı ölkә daxilində və sәrhәddәn kәnarda qətiyyət və müvəffəqiyyətlə həyata keçirilən əməliyyatlar barədə idarə heyəti məlumatlandırılıb.

Ukraynadakı humanitar vəziyyətin gündən-günə pisləşməsinə səbəb olan müharibənin də müzakirə olunduğu iclasda, hәmçinin Azәrbaycanla Ermәnistan arasındakı sülh prosesi dә gündәmә gәlib.

Süni  intellekt sahəsində əldə olunan irəliləyişlərə də toxunulan bәyannamәdә bu ifadәlәrә yer verilib:

“Türkiyənin süni intellekt sahәsindә hәyata keçirdiyi tədqiqatların elmi, hərbi, iqtisadi və sosial nəticələrinə hazır olunmasının və bu sahədə qabaqcıl imkanları inkişaf etdirməsinin əhəmiyyəti diqqətə çatdırılıb”.



Әlaqәli Xәbәrlәr