Türkiyə Milli Kəşfiyyat Təşkilatı PKK-nın rəhbərlərindən daha birini zərərsizləşdirib

Türkiyə Milli Kəşfiyyat Təşkilatının (MİT) İraqın şimalında yerləşən Mahmur düşərgəsi istiqamətində antiterror əməliyyatı davam edir.

1656354

Milli Müdafiə Nazirliyi yaydığı məlumatda bildirib ki, iyunun 11-də keçirilən əməliyyat nəticəsində terrorçu PKK-nın Mahmur üzrə “məsul şəxsi” Hasan Adır məhv edilib.

Məlumata görə, o, qırmızı xətlə axtarışa verilmişdi.

Qeyd edək ki, iyunun 6-da terrorçu PKK-nın rəhbərliyində təmsil olunmuş və Mahmur üzrə başlıca “məsulu” “Doktor Hüseyn” kod adlı Selam Bozkır da MİT tərəfindən keçirilən əməliyyat nəticəsində məhv edilmişdi.

Әlaqәli Xәbәrlәr