Türkiyə Nazirlər Kabineti yığıncağının tarixi önə çəkildi

Prezident Aparatında olacaq yığıncağın əsas gündəm mövzusu koronavirus epidemiyasıyla mübarizədir

1652540
Türkiyə Nazirlər Kabineti yığıncağının tarixi önə çəkildi

 

  NATO Liderlər Toplantısı ilə əlaqədar Türkiyə Nazirlər Kabineti yığıncağının tarixi önə çəkildi. Kabinet 10 iyunda ölkə başçısı Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə toplanacaq.

  R.T.Ərdoğan 14 iyunda NATO Liderlər Toplantısında iştirak etmək üçün Belçikanın paytaxtı Brüsselə gedəcək. Buna görə 2 həftədə bir reallaşdırılan kabinet iclası önə çəkildi və 10 iyunda edilməsi qərarlaşdırıldı.

  Prezident Aparatında olacaq yığıncağın əsas gündəm mövzusu koronavirus epidemiyasıyla mübarizədir. İclasda “Covid-19”la mübarizə çərçivəsində pilləli normallaşmağa keçilməsindən sonra yoluxma və ölüm rəqəmləri, peyvəndetmədə son vəziyyət və yerli peyvənd məsələləri müzakirə olunacaq.

  Yığıncaqda, eyni zamanda, təhlükəsizlik, ölkə içi və sərhəd xaricində davam edən terrorla mübarizə, iqtisadi proseslər və NATO Zirvə Toplantısından əvvəl xarici siyasətlə bağlı mövzular danışılacaq.



Әlaqәli Xәbәrlәr