Türkiyənin səhiyyə naziri açıqlama verdi

Koronavirusla bağlı Elmi Heyətin iclasından sonra açıqlama verən F.Koca deyib...

1646278
Türkiyənin səhiyyə naziri açıqlama verdi

 

  Türkiyənin səhiyyə naziri Fəxrəddin Koca 1 iyundan etibarən peyvəndetmə proqramının sürətlənəcəyini bildirərək: "50 yaş üstü vətəndaşlarımızın da peyvənd edilməsinə başlanacaq", - dedi.

  Koronavirusla bağlı Elmi Heyətin iclasından sonra açıqlama verən F.Koca deyib: "1 iyundan etibarən peyvəndetmə proqramımız sürətlənəcək. 50 yaş üstü vətəndaşlarımızın da peyvənd edilməsinə başlanacaq.

  Yerli peyvəndlə əlaqədar da işlərin son mərhələsinə gəldik. Əhalimizin 3 qatını keçən, yəni 270 milyon doza peyvənd üçün imza atdıq. Qarşıdakı həftənin əvvəlində daha 5 milyon doza peyvənd ölkəmizə çatacaq.

  Öz inkişaf etdirdiyimiz peyvəndimizin istifadəsinin yaxınlaşdığı müjdəsini də vermək istəyirəm. Mövcud proseslər və normallaşma ilə əlaqədar planlarımıza görə bu yay epidemiyanın dağıdıcı təsirindən xilas olacağımız açıqca görünür."



Әlaqәli Xәbәrlәr