Türkiyədə "Covid-19"la bağlı son vəziyyət (17 may)

Gündəlik yoluxma sayı 10.174-dür

1641028
Türkiyədə "Covid-19"la bağlı son vəziyyət (17 may)

 

  Türkiyədə yeni tip korona virusundan (Covid-19) mayın 17-də 223 nəfər dünyasını dəyişib. Bununla epidemiya başlanandan bu yana həyatını itirənlərin sayı 44.983 olub.

  Bir gündə 206 min 836 test edilərək 923 yeni xəstə müəyyən edilib. Gündəlik yoluxma sayı 10.174-dür.

  Müalicəsi tamamlanan 13.864 nəfərlə yaxşılaşanların sayı 4 milyon 961 min 120-yə yüksəlib. 

  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan kabinet iclasından sonra verdiyi açıqlamada Ramazan ayı boyu tətbiq olunan qismi və tam bağlanma tədbirləri sayəsində epidemiyanın böyük ölçüdə nəzarətə alındığını söyləyərək deyib: “Bundan sonra əvvəlki qədər geniş və məhdudlaşdırıcı tədbirlərə ehtiyac olmayacağına ümid edirik… Artıq “Covid-19”a qarşı inkişaf etdirilən peyvənd işləri də sürətlənib.”



Әlaqәli Xәbәrlәr