"Liviyanın müstəqilliyi və siyasi birliyinin qorunmasına əhəmiyyət veririk", M.Çovuşoğlu

Mövlud Çavuşoğlu Türkiyənin Liviyanın bütövlüyünün, suverenliyinin, müstəqilliyinin və siyasi birliyinin qorunmasına əhəmiyyət verdiyini bildirib.

1633302
"Liviyanın müstəqilliyi və siyasi birliyinin qorunmasına əhəmiyyət veririk", M.Çovuşoğlu

Türkiyə Liviyanın bütövlüyünün, suverenliyinin, müstəqilliyinin və siyasi birliyinin qorunmasına əhəmiyyət verir.

Bunu xarici işlər naziri Mövlud Çavuşoğlu rəsmi səfərdə  olduğu Liviyanın paytaxtı Tripolidə ikitərəfli görüşlərdən sonra həmkarı Necla əl-Menquş ilə təşkil etdiyi birgə mətbuat konfransında deyib.

Çavuşoğlu geniş heyətlə reallaşdırılan bu səfərin məqsədinin Türkiyənin qardaş Liviyaya, Prezident Şurasına və Milli Birlik Hökumətinə verdiyi dəstəyi təkrarlamaq olduğunu vurğuladı.

"Türkiyə olaraq Liviyanın bütövlüyü, suverenliyi, müstəqilliyi və siyasi birliyinin qorunmasına hər zaman əhəmiyyət verdik və veririk" deyən Çavuşoğlu Türkiyənin davamlı sülh, sabitlik və rifah üçün ciddi səy göstərdiyini vurğulayıb.

Həmkarı ilə İki ölkə arasındakı dənizçilik razılaşmasını və bundan sonra atacaqları addımları müzakirə etdiklərini ifadə edən Çavuşoğlu "Liviyalı qardaşlarımızın yaxşı və pis günlərində yanında olmağa davam edəcəyik və yaxın günlərdə təmaslarımızı gücləndirəcəyik" deyib.

Liviyanın xarici işlər naziri Menquş isə Türkiyənin son proses müddətində liviyalıların yanında olduğunu və müstəsna dəstək verdiyini ifadə edərək Türkiyəyə təşəkkür edib.

Menquş ölkədəki bütün xarici güvvələrin və muzdluların mövcudluğuna sona qoymaq üçün Türkiyəni iş birliyinə çağırdıqlarını söyləyib və iqtisadi əlaqələri iki ölkənin qanuni maraqları istiqamətində inkişaf etdirmək istədiklərini qeyd edib.



Әlaqәli Xәbәrlәr